kanalın sürəti(bandwidth), şəbəkədə gecikmə(delay), etibarlılıq(reliability) kimi
parametrlər ola bilər.Yönləndirmə alqoritmi yönləndirmə protokollarından istifadə edərək,data paketlərinin öz ünvanına
çatdırılması üçün ən optimal marşurutu müəyyən edir.
Yönləndirici avadanlığında(router) yönləndirmə ilə əlaqədar bütün informasiyalar bu avadanlığın yönləndirmə
cədvəlində yerləşir. Ümumiyyətlə müxtəlif yönləndirmə alqoritmləri mövcuddur və bu alqoritmlərdən asılı olaraq,
yönləndirmə cədvəlində yerləşən informasiyalar öz həcminə görə müxtəlif ola bilər. Hər bir yönləndirici avadanlığın
özünün yönlənirmə cədvəli vardır və hər bir avadanlıq bu cədvələ məlumatın öz ünvanına göndərilməsi üçün lazım olan
informasiyaları əlavə edir.
Yönləndirmə cədvəli yönləndiricinin öz bazasında saxlanılan bir məlumatdır. Bu cədvəl həm məlumat bazası şəklində
və həm də sadəcə olaraq fayl şəklində saxlanıla bilər. Yönləndirmə cədvəlində müxtəlif məlumatın müxtəlif şəbəkələrə
daşınması üçün lazım olan ən optimal marşurutlar yerləşir. Bu cədvəldən istifadə edərək, məlumat bir şəbəkədən digərinə ən
optimal sayılan marşurutla daşına bilər.
Yönləndirici avadanlığının yönləndirmə cədvəlinə məlumatlar yəni marşurutlar əlavə olunduqca bu cədvəlin bazası
yenilənir. Bu marşurutlar həm statik yəni şəbəkə mühəndisinin özü tərəfindən, həm də dinamik olaraq avadanlığın
yönləndirmə cədvəlinə əlavə oluna bilər. Belə ki, avadanlıqda olan yönləndirmə məlumatları həm statik , həm də dinamik
olaraq yenilənə bilər. Bu baxımdan yönləndirmə
Dostları ilə paylaş: |