ƏSAS QANUNVERİCİLİK AKTLARI VƏ ONLARIN HÜQUQİ QÜVVƏSİ
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra informasiya texnologiyalarının inkişafına diqqət artırıldı.Nəticədə
bütün dünyada yenicə təşəkkül tapmağa başlamış layihə, elektron dövlət layihəsinə keçmək üçün zəmin yarandı.
Respublikamızda elektron dövlətin inkişafı üçün atılan ilk addım ümumilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə
qəbul olunan “Azərbaycan Respublikasının inkişafı naminə İKT üzrə Milli Strategiyası (2003-2012-ci illər)” oldu. Daha
sonralar prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsində Respublikamızda elektron dövlətin
formalaşmasında xeyli uğurlar əldə olundu.
Respublikamızda elektron dövlətin inkişafı üçün qəbul edilmiş qanunvericilik aktlarının ən əsasları aşağıdakılardır:
«Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın
(2003—2012-ci illər)» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Respublikamızda
elektron dövlətin formalaşmasının əsasını qurmuşdur.Ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanmış bu
strategiya respublikamızda elektron dövlətə keçid üçün xüsusi əhmiyyət kəsb etmişdir. Qanunun bir hissəsi də bilavasitə
Respublikamızda elektron hökumətin formalaşdırılmasının strategiyasından ibarətdir .
Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008 və 2010-2012-ci illər
üçün Dövlət Proqramılarının (Elektron Azərbaycan) elektron dövlətin inkişafında müstəsna rolu olmuşdur. Belə ki
proqramda Azərbaycanda elektron dövlətin inkişafı üçün zəruri baza , fəaliyyət istiqamətləri, vəzifələrin aidiyyəti qurumlar
arasında bölüşdürülməsi və s problemlərə toxunulmuş və gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur .
Respublikamızda Elektron dövlətin inkişafı üçün ən mühüm fərmanlardan biri də” Dövlət orqanlarının elektron
xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may
tarixli Fərmanıdır. Burada da, ölkə prezidenti bəzi dövlət orqanlarının xüsusilə Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin qarşısına konkret məqsəd qoyur və həll prossesinin yollarını göstərir, həmçinin Nazirlər Kabinetinə bu barədə
görülən işlər barədə hər üç aydan bir hesabat verməsi tapşırılır .
Dostları ilə paylaş: |