AZƏRBAYCAN RESPUBLIKASINDA ELEKTRON DÖVLƏTİN FORMALAŞDIRILMASI
YOLUNDA QANUNVERİCİLİK AKTLARININ ROLU
Xəyyam MƏSIYEV
1
, Namiq QƏDIROV
2
AMEA İnformasiya Texnologiyaları İnstitutu
1
, Qafqaz Universiteti
2
xmesiyev@qu.edu.az
1
, namiq.kadirov@mail.ru
2
AZƏRBAYCAN
XÜLASƏ
Bu məqalə Respublikamızda elektron dövlətin təşkilinin qanuni bazasının formalaşdırılması haqqındadır. Məqalədə
Respublikamızda elektron dövlət sferasında qəbul edilmiş əsas qanunvericilik aktları qeyd olunmuşdur. Burada hər bir
normativ hüquqi aktın məqsədi və əhəmiyyəti qeyd olunmuşdur. Daha sonra bütün bu proseslərdən gəlinən nəticələr
verilmişdir.
Açar sözlər: elektron dövlət, qanunvericilik aktları, informasiya texnologiyaları, normativ hüquqi aktlar,qanun, fərman,
sərəncam və.s .
GİRİŞ
Məlum olduğu kimi, informasiya texnologiyalarının surətlə dəyişdiyi müasir dövrümüzdə dövlət hakimiyyət orqanları
da bu dəyişiklikdən kənarda qala bilməzdi. 21-ci əsrin ən böyük kəşflərindən biri sayılan elektron dövlət layihəsi də bu
|