Elektron dövlətin inkişafında şübhəsiz e-kommersiyanın da xüsusi rolu vardır. Ölkə prezidenti Respublikamızın
Dünyaya inteqrasiya prossesində daha qabaqcıl mövqe tutması və elektron ticarətin genişləndirilməsi, o cümlədən
elektron ticarətdə sui-istifadə hallarının aradan qaldırılması məqsədilə müvafiq qanunvericilik aktını qəbul etmişdir .
Elektron imza və elektron sənəd haqqında qanun Respublikamızda hüquqi dövlət prioritetlərinin formalaşmasında
mühüm rol oynayır. Qanun elektron imzanın alınması, istifadə qaydaları, elektron sənəd dövriyyəsinin təşkilindən bəhs edir.
“Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması Qaydasının
təsdiq edilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin Fərmanı “ elektron dövlətə keçiddə xüsusi əhmiyyət kəsb
edir. Bu fərmanla ölkə prezidenti dövlət orqanları qarşısında konkret tapşırıqlar qoyur.
“İnformasiya əldə etmək haqqında”Azərbaycan Respublikasının Qanunu respublikamızda elektron dövlətin
yaradılmasının ilk bazalarından olmuşdur. Qanunun əsas məqsədi vətəndaşların zəruri informasiyaya sahib olma
azadlıqlarından bəhs etsə də, bir çox maddələri bilavasitə elektron dövlətin yaradılması tələblərinə söykənir. Bu maddələr
12,29,30,39 və 43-cü maddələrdir.
NƏTİCƏ
Bütün yuxarıda qeyd olunanları yekunlaşdıraraq aşağıdakı nəticələrə gəlmək olar:
1) Qanunvericilik bazası respublikamızda elektron dövlətin inkişafında əsas və təkanverici rol oynayır.
2) Qanunvericilik aktlarının müasir tələblərə uyğun olaraq daim təkmilləşdirilməsi vacib məsələlərdəndir.
3) Bəzi yeni qanunvericilik aktlarının qəbul edilməsi vacib məsələdir(məs:e-demokratiya haqqında qanun).
4) Bu qanunvericilik aktlarının icrasına nəzarətin təşkili də mühüm faktordur.
Son dövrlər görülən məqsədyönlü tədbirlər , ASAN xidmətin yaradılması, e-hökumət portalının yaradılması da
gələcəkdə respublikamızda elektron dövlətin inkişafının təkmilləşdirilməsinə kömək edəcəkdir. Şübhəsiz ki, Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir “Açıq Hökumətin təşviqinə dair
2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” da prosesə təsir göstərəcəkdir.
Dostları ilə paylaş: |