II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
611
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
üçün G2B ( Government-to-Business), müxtəlif dövlət orqanları arasında münasibətlər üçün isə G2G ( Government-to-
Government) abbreviaturalarından istifadə olunur. Dövlətlərin çoxu informasiyanı birbaşa onlayn təmin etməyə başlayırlar,
lakin xidmətlərin səviyyəsinin cəmiyyətin artan tələblərinə uyğunlaşması tədricən baş verir. E-dövlət daha geniş hal almağa
başlayır və bir çoxlarının fikrincə bu genişləmə, inkişaf 6 mərhələdən keçir. Heç də bütün dövlətlər bu mərhələlərin
hamısından keçmir və bu mərhələlərin hər birində müxtəlif dövlət orqanları arasında da fərqlilik olacaqdır. Mərhələlər
bunlardır:
(1) Daxili şəbəkədən istifadə edilməsi və e-poçt sistemi yaradılması.
(2) İnformasiyaya qarşılıqlı təşkilati və ictimai çıxışın olmasına imkan yaradılması.
(3) İkitərəfli kommunikasiyaya imkan verilməsi.
(4) Dəyərlər mübadiləsinə imkan verilməsi.
(5) Rəqəmsal demokratiya
(6) Birləşmiş hökumət.
Dostları ilə paylaş: |