II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
610
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
İnternet kimi milyonlarla istifadəçisi olan bir şəbəkədə bir tək SA-nin kifayət etməyəcəyi məlumdur. Sertifikat
sisteminin effektiv şəkildə qurula bilməsi üçün fərqli SA-lərinin müəyyən bir qaydaya uyğun və qarşılıqlı əlaqədə işləmələri
və bir qlobal struktur əmələ gətirmələri lazımdır. Bu struktur, Açıq Açar İnfrastrukturu olaraq adlandırılır.
AAİ açıq və gizli şəbəkə üzərindən istifadəçinin rəqəmsal şəxsiyyətini təsdiqləyən sistemdir. Sistem açıq və gizli açar
cütünü fərdin şəxsiyyət etimadnaməsi (identity credentials) ilə birləşdirməklə işləyir. Açarlar kriptoqrafik alqoritmlərlə
yaradılır və Sertifkat Avtoritetləri tərəfindən paylanılır. SA bu məlumatları bazasında saxlayır və rəqəmsal sertifikatları çap
edir. Sertifikat özündə, istifadəçinin şəxsiyyətini doğrulamaq üçün, açıq açar və ya açıq açar haqqında məlumat daşıyır.
AAİ sistemlərində gizli açar son istifadəçi (end user) tərəfindən saxlanılır. Açıq açar isə rəqəmsal sertifikatın bir hissəsi
kimi açıq bir kataloqda (directory) saxlanılır. Gizli açar təhlükəsiz qalır və şəbəkə üzərindən ötürülmür. Bu texnologiya
şirkətlər üçün geniş miqyaslı təhlükəsizlik imkanları təklif edir. Bunlara identifikasiya, məxfilik, inkar edə bilməmək kimi
xüsusiyyətlər daxildir.
Biz Azərbaycan üçün ayrı bir AAİ-nun olmasını təklif edirik. Əsas hədəfimiz, ölkəmizin iqtisadi və hüquqi şərtlərinə
uyğun və açıq açar əsaslı müxtəlif virtual xidmətləri bir dam altında yığan bir sistemin qurulmasıdır. Bütün dünyada olduğu
kimi Azərbaycanda da elektron ödəmələr və elektron ticarət, virtual xidmətlər içərisində mühüm yer tutur. SET və SSL
əsaslı müxtəlif pilot və ya tətbiq olunmuş elektron ticarət sistemləri mövcuddur. Hal hazırda bu xidmətlər üçün bütün lazımi
sertifikatlar xaricdəki SA-lər tərəfindən təmin edilməkdədir. Bu vəziyyətin potensial təhlükələri də Azərbaycan üçün bir
AAİ-nun vacibliyinin əsas göstəricilərindəndir.
Azərbaycan modelini şərti olaraq AAAİ (Azərbaycan Açıq Açar İnfrastrukturu) adlandırmaq olar. AAAİ-nun əsas
prinsipi, AAAİ istifadəçilərinin açıq açar tələb edən hər hansı bir sistemdən istifadə edə bilməsi üçün lazımlı bütün
sertifikatları təmin etməkdir. Bunun bir nəticəsi olaraq, bu sertifikatları doğrulamaq istəyən bir istifadəçinin AAAİ SA-
lərinə etibar etməsi kifayət edəcək. SA-lərinə müəyyən məsuliyyət vermək üçün AAAİ-nun mərkəzə bağlı və iyerarxik
strukturda olması lazımdır. Ancaq bu şəkildəki bir struktur ilə səlahiyyət və məsuliyyət müəyyən meyarlar çərçivəsində
paylanıla bilər. Əks halda, xaotik bir AAİ əmələ gələr.
Bizim təklifimiz AAAİ-nun sertifikat strukturunun X.509 əsaslı olmasıdır. Çünki, X.509-un alternativi olan PGP əsaslı
bir sistemdə mərkəzə bağlı AAİ qurmaq çətindir. X.509-un digər bir müsbət tərəfi də rəsmi bir standart olması və AAİ
əsaslı proqramların inkişafda olmasıdır. Beləliklə, həm AAAİ-nu dəstəkləyəcək tətbiqi proqramları tapmaq asanlaşacaq,
həm də AAAİ-nun qlobal AAİ-larla inteqrasiyası mümkün olacaqdır.
Dostları ilə paylaş: |