Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1087/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1083   1084   1085   1086   1087   1088   1089   1090   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

614 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

İnteraktiv veb-iştirak Qarşılıqlı əlaqə Qarşılıqlı əlaqə 

Sövdələşmə 

İkitərəfli 

kommunikasiya 

Xidmət sahələrinin 

genişləndirilməsi 

 

Transaktional veb-iştirak 



Nəticələndirmək 

Sövdələşmə Sövdələşmə 

Tamamilə inteqrasiyaolunmuş 

veb-iştirak 

Tamamilə 

dəyişmə 


Şaquli inteqrasiya 

İnteqrasiya 

Dövlət qurumlarının 

bir-birinə inteqrasiya 

etməsi 

 

Üfüqi inteqrasiya 



Cədvəl 1. E-dövlətin inkişaf mərhələləri üzrə modellər 

 

II. ELEKTRON DÖVLƏTİN İNKİŞAF MƏRHƏLƏLƏRİ-TƏKLİF 



Bütün bu mərhələləri nəzərə alaraq, daha da işlək ola biləcək digər bir modeli təklif edirəm. Belə ki, bu model 5 

mərhələdən ibarətdir.  

  İnternet üzərindən ilkin tanışlıq: bu mərhələdə dövlət ilkin olaraq internetdən istifadə edərək ictimaiyyəti bir neçə 

məsələ üzrə  məlumatlandırır. Veb səhifədə ilkin anlayışlar yerləşdirilir: qurumun missiyası, fəaliyyət prinsipi, ünvanı, iş 

saatları, e-poçt ünvanları. Bununla vətəndaşların özəl sektorda daha çox aktiv iştirak etmələrinə, daha ətraflı  məlumat 

almalarına əsasən yavaş-yavaş dövlət sektoru üzrə da bu məlumatları əldə etmələrinin mümkünlüyü göstərilir. 

  İlkin xidmətlərin daxil edilməsi: Bu mərhələdə artıq tanışlıqdan daha irəliyə gedərək daha geniş məlumatlar daxil 

edilir. Saytda aktiv olaraq məlumatlar yenilənir. Müxtəlif sahələr üzrə keçidlər daxil edilir. Həmçinin bir sıra formalar 

elektron şəkildə yerləşdirilir və vətəndaşlara çıxış təmin edilir. İstifadəçilərə müxtəlif forumlarda şərh bildirmək, istədikləri 

xidmətlər üzrə  məlumatlar yerləşdirmək, görmək istədikləri dəyişiklikləri daxil etmək və mövcud olan suallarına cavab 

almaq kimi imkanlar da verilir.  

  Xidmət sahələrinin genişləndirilməsi: Bu mərhələdə digər mərhələdən fərqli olaraq istifadəçilərə  əldə etdikləri 

formaları elektron şəkildə  təqdim etmək imkanı yaradılır. Bu vətəndaşların xidmətlərdən daha aktiv bir şəkildə istifadə 

etməsinə  gətirib çıxarır. Sistemə giriş kodu verilir və istifadəçilər istifadəçi adı ilə  təmin edilir. Sistem daha təhlükəsiz 

vəziyyətə gətirilir.  

  Dövlət qurumlarının bir-birinə inteqrasiya etməsi: Bu iki mərhələdən ibarətdir. Belə ki, birinci mərhələ qurumların 

bir verilənlər bazasının yaradılmasını nəzərdə tutur. Belə ki. hər hansısa bir istifadəçi bir xidmətdən istifadə etdiyi zaman, 

bu bütün yerli və regional qurumlar tərfindən qeydiyyata alınır. Məs: Əgər istifadəçi hər hansısa rayon icra hakimiyyətinə 

sənəd forması təqdim edirsə, digər əlaqədar quruma eyni formanı yenidən təqdim etmək məcburiyyətində qalmır. Bu dövlət 

orqanı vahid sistem vasitəsi ilə, digər orqandan ola məlumatlara çıxışı əldə edir. İkinci mərhələdə isə vətəndaşlara bir qurum 

tərəfindən verilən xidmətlərin sayının çoxaldılmasıdır. Məs: Dövlətdən yardım almaq istəyən vətəndaş ev üçün müraciət 

edirsə, o həmçinin təhsil, tibbi diqqət,  qida barəsində də yardım istəyir. Bu zaman dövlət bu xidməti bir mərkəzdə vermək 

bacarığına sahib olmalıdır və vətəndaş bir neçə quruma müraciət edərək vaxt itirməməlidir.  

Vahid sistem: Bu mərhələdə  hər bir şey tamamilə vahid sistemdən idarə olunur. Dövlətin hər bir qurumu bir-biri ilə 

əlaqədardır. Vahid verilənlər bazası var. Dövlətin vahid veb səhifəsi portal kimi çıxış edib, bütün qurumları özündə 

birləşdirir. İstifadəçi hər bir xidməti mərkəzləşmiş sistem vasitəsi ilə əldə edir. Elektron dövlət tamamilə qurulub və bütün 

funksiyalar dəqiqləşdirilib.  

III. NƏTİCƏ 

Məqalədə elektron dövlətin  inkişaf mərhələləri araşdırılmış, müxtəlif qurum və tədqiqatçıların təklif etdikləri modellər 

üzrə açıqlama verilmişdir. Hal-hazırda ən geniş tətbiq olunan model BMT tərəfindən təklif olunan modeldir. Modellər bir-

birinə  məzmun baxımından çox yaxındır, lakin kiçik fərqliliklər də istisna deyil. Hər bir model müəyyən hədəfin yerinə 

yetirilməsi üçün nəzərdə tutulub. Məs: Dünya Bankının irəli sürdüyü model inkişaf etməkdə olan ölkələr üçün nəzərdə 

tutulub və hər bir mərhələ müstəqil bir şəkildə yerinə yetirilə bilər, ardıcıllığın qorunmasına ehtiyac yoxdur. Hər bir modelin 

araşdırılmasından sonra modellərin müsbət cəhətlərini özündə birləşdirən yeni bir model təklif olunmuşdur. Bu modeli 

istifadə edərək daha balanslı, təhlükəsiz, sürətli və az vaxt aparan bir modeli yaratmaq mümkündür. Azərbaycanda bu 

mərhələləri qeyd edildiyi kimi yerinə yetirilərsə daha sürətlə  və daha mükəmməl bir elektron dövlət sistemi qurmaq və 

böyük bir kütlənin bundan istifadə etməsinə gətirib çıxarmaq olar.  


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1083   1084   1085   1086   1087   1088   1089   1090   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin