Microsoft Word Materiallar Full


AZƏRBAYCANDA AĞILLI ŞƏHƏR MODELLƏRİNİN TƏTBİQİ VƏ PERSPEKTİVLƏRİ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1089/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1085   1086   1087   1088   1089   1090   1091   1092   ...   1149
AZƏRBAYCANDA AĞILLI ŞƏHƏR MODELLƏRİNİN TƏTBİQİ VƏ PERSPEKTİVLƏRİ

 

 



Kamran IMAMƏLIYEV, Nadir HACIYEV

 

Qafqaz Universiteti  



k.imamaliyev@ictsrcqu.org,  n.hajiyev@ictsrcqu.org 

AZƏRBAYCAN 

 

Qloballaşan dünyada kompleks problemlərin effektiv həllərinin tapılmasına, minimal xərclərin aşağı salınmasına və 



həyat  şəraitinin keyfiyyətinin artırılmasına ehtiyac vardır. Böyük şəhərlərdə  əhaliyə göstərilən xidmətin səviyyəsinin 

artırılması, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması prioritet məsələlərdən biridir.  

Urbanizasiya hal-hazırda təkcə  şəhərin ağır infrastrukturundan deyil, eyni zamanda artan bilik kommunikasiyasının 

keyfiyyəti və yararlılığından, sosial infrastrukturdan ( intellektual kapital və sosial kapitaldan ) asılıdır. Kapitalın sonuncu 

forması  şəhər rəqabəti üçün həlledici deyil. Ağıllı  şəhər anlayışının müasir şəhər istehsal amillərinin ümumi çərçivəsini 

əhatə edən və  İnformasiya Kommunikasiya Texnologiyalarının artan əhəmiyyətini vurğulayan, sosial və ekoloji kapitalı 

şəhərlərin rəqabətini göstərən strateji qurğu kimi təqdim edilməsi məqsədəuyğun deyildir. Sosial və ekoloji kapital - bu iki 

aktivlərin  əhəmiyyəti ondadir ki, ağıllı  şəhərləri kapitalyüklü həmkarlardan ayırır, rəqəmsal və ya intellektual şəhərlər 

arasında xətt çəkir. Bu sahədə dünyanın bir çox ölkələri fərqli layihələr həyata keçirilməkdədir.  

Ekspertlərin fikrinə görə 2050-ci ilə qədər dünya əhalisinin sayı iki dəfə artacaqdır. Əhalinin bu qədər sürətli artımı da 

ağıllı şəhər layihəsinin tətbiq edilməsi üçün önəmli səbəblərdən biridir. 

 

Təqdim edilən araşdırma işində mövcud olan tədqiqatlar və təcrübələrə əsasən ağıllı şəhər məhfumu izah edilir və 



tərifi verilir. Daha sonra ağıllı şəhərin dörd əsas xarakteristikası - arabağlantı, inteqrasiya, əməkdaşlıq və şəhər informasiya 

sistemləri müzakirə olunur. Növbəti mərhələdə  ağıllı şəhər layihəsinin inkişaf prosesləri müzakirə olunaraq göstərilir ki, 

ağıllı  şəhər informasiya kommunikasiya texnologiyaları  təkamülünün nəticəsidir. Həmçinin,  ağıllı  şəhərin konstruksiya 

üzulları  və marşrutları  əks baxımdan araşdırılmış  və  təhlil edilmişdir. Son olaraq. müxtəlif ölkələrdəki ağıllı  şəhər 

layihələrinə əsasən konstruksiya üsulu ümumiləşdirilmiş və inteqrasiya konstruksiyası, ağıllı sənayenin inkişafı, ağıllı idarə 

və xidmət, ağıllı texnologiya və infrastruktur, ağıllı insanpərvərlik və yaşayış faktorlarının analizi edilmişdir. 

 Dünya 

təcrübəsinə  əsaslanaraq deyə bilərik ki, ağıllı avadanlıqlardan istifadə insanın gündəlik işlərindəki 

səmərəliliyini artırır. Bu tipli avadanlıqlardan genişmiqyaslı istifadə yeni fərqli nəticələr verməkdədir. Bunlardan ağıllı ev 

və ağıllı şəhər layihələri bir çox ölkələrin və böyük şirkətlərin maraq dairəsi altındadır və bu haqda fərqli konsepsiyaları 

vardır.  

Araşdırmalar göstərir ki, ağıllı şəhər məhfumuna fərqli yanaşma metodları vardır. Bəzi layihələr ağıllı şəhərin daha çox 

yaşıl texnologiyaların tətbiqi sahəsini prioritet sahə kimi götürsə də, digərlərində yeni nəsil sensor şəbəkələrin yaradılması, 

enerji səmərəliliyinin artırılması, ekoloji təmiz mühitin formalaşdırılması və s. mövzular prioritet faktor kimi qəbul edilir. 

Buna baxmayaraq ümumi məqsəd insan həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Məsələn, aşağıda Hitachi və  İBM 

şirkətlərinin konsepsiyalarının ümumi məğzi verilmişdir: 

●  Hitachi şirkətinin ağıllı ev konsepsiyası: ekoloji təmiz şəhər üçün təbii enerji resurslarının faydalı istifadəsi üçün 

informasiya və kommunikasiya texnologiyalarının  istifadəsi. 

●  İBM şirkətinin ağıllı ev konsepsiyası [1]:  təkcə yüksək texnologiyaların birləşməsi ilə insanın həyat səviyyəsinin 

yaxşılaşdırılması deyil, həmçinin  iqtisadi inkişafın və yeni biznes fikirlərinin formalaşması üçün uyğun mühitin 

formalaşdırılması. 

 Dünya 


təcrübəsinə nəzər saldıqda ağıllı şəhər modelinin altı əsas xarakteristikası vardır. Bunlar ağıllı iqtisadiyyat, 

ağıllı  hərəkət, ağıllı  ətraf mühit, ağıllı  cəmiyyət, ağıllı yaşayış  və  ağıllı idarəetmədir [2].  Ağıllı  şəhərin qurulması üçün 

yuxarıda sadalanan bütün xarakteristikalar məqsədəuyğun şəkildə tətbiq edilməlidir.  

 Azərbaycanda ağıllı  şəhərin qurulması üçün ilk öncə uyğun infrastruktur seçilməlidir, çünki yuxarıda qeyd 

olunanlara əsasən ağıllı şəhərin qurulmasında əsas amillərdən biri şəhərin fiziki infrastrukturudur. Bunun üçün ilkin olaraq 

ağıllı  şəhər maket prototipinin hazırlanması  nəzərdə tutulur. Azərbaycana tətbiq olunacaq ağıllı  şəhər prototipi dünyada 

işlənən ağıllı şəhər layihələrinin araşdırılması əsasında əldə edilmiş struktura görə qurula bilər. 

Onu da qeyd etmək lazımdır ki, dünyanın bir çox şəhərlərində artıq bu layihəyə başlanılmışdır. Pilot şəhərlər arasında 

Vyana, Amsterdam, Dubay, Yokohama və digər şəhərlər vardır. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1085   1086   1087   1088   1089   1090   1091   1092   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin