TRİS-(2,4-BİS(TRİXLORMETİL))-1,3,5-TRİAZAPENTADİENATO
Co(III) KOMPLEKSİNİN SİNTEZİ VƏ KRİSTALLİK QURULUŞU
Namiq ŞIXALIYEV, A.V.QURBANOV, N.E.ƏHMƏDOVA, A.M. YUSİFLİ, N.T.AĞAYEVA,
K.T.MAHMUDOV, A.M.MƏHƏRRƏMOV
Bakı dövlət universiteti
namiqst@gmail.com
Trixlorasetonitrilin ammonyakla metal duzları (Cu, Ni, Zn, Pd, Fe, Mn) iştirakında reaksiyasından bir mərhələdə bis və
tris-(2,4-bis(trixlormetil))-1,3,5-triazapentadienato Me(II), Me(III) komplekslərinin sintezi, onların kristalik quruluşlarının
RQA tədqiqatları tərəfimizdən ətraflı öyrənilmişdir [1-4]. Reaksiyaların otaq temperaturunda getməsi, aralıq məhsul olan
liqandın reaksiya mühitindən ayrılmaması, istifadə olunan ilkin maddələrin ucuzluğu, komplekslərin yüksək çıxımla
alınması, onların reaksiya qarışığından asan ayrılması və onların CH2Cl2:C6H6-da yenidən kristallaşdırılması tərəfimizdən
aparılan bu üsulun böyük üstünlüyə malik olmasını göstərir. Ümumiyyətlə hallogenləşdirilmiş (CCl3, CF3) liqandlı
komplekslərin yüksək termiki davamlılığı və kimyəvi stabilliyi, uçuculuğu, üzvi həlledicilərdə xüsusən də
hallogenalkanlarda yüksək dərəcədə həll olmaları maraq oyadıcı keyfiyyətlərdir. Bu xassələr onların katalizator kimi tətbiq
olunması baxımından olduqca əhəmiyyətlidir. Sintez etdiyimiz bis-(2,4-bis(trixlormetil))-1,3,5-triazapentadienato Zn(II)
kompleksinin Henri reaksiyasıda katalizator kimi tətbiqi və onun effektiv aktivlik göstərməsi hərtərəfli tədqiq edilmiş və
yuxarıda söylənən xassələrin doğruluğu bir daha sübut edilmişdir (Sxem 1).
|