II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
140
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Sxem 1. Bis-(2,4-bis(trixlormetil))-1,3,5-triazapentadienato Zn(II) kompleksinin Henri reaksiyasıda katalizator kimi
tətbiqi.
Yekün olaraq müəyyən edilmişdir ki, nitroetanla bir sıra aromatik və alifatik aldehidlərin reaksiysınada Zn(II)
kompleksinini az miqdarda katalizator kimi əlavəsi (3 mol%) Henri reaksiyasının otaq temperaturunda çox yüksək çıxımla
(99%) və yaxşı diastereoselektivliklə (treo/eritro 3:1) getməsinə gətirib çıxarmışdır [5].
Məhz bunları nəzərə alaraq uyğun Co(III) kompleksinin də sintezi və onun bir çox reaksiyalarda katalizator kimi istifa-
də edilməsi öyrənilmişdir. Qeyd etmək lazımdır ki, həlledici kimi DMSO istifadə etdikdə sintez edilmiş komplekslərin
monokristalının RQA metodu ilə tədqiqi zamanı kompleksin yaranmasında DMSO molekullarının da iştirak etdiyi müəy-
yənləşmişdir. Bu reaksiyada da alınan kompleksin monokristalında 2 molekul DMSO olduğu aşkar edilmişdir. (Sxem 2).
Sxem 2. Tris-(2,4-bis(trixlormetil))-1,3,5-triazapentadienato Co(III) kompleksinin sintezi.
Komplekslərin əmələ gəlməsi aşağıdakı sxemlə asanlıqla izah olunur. Güclü –J induksiya effekt göstərən CCl3 qrupu
hesabına trixlorasetonitrilin CN qrupunun C atomu yüksək elektrofillik göstərir və ammonyakın nukleofil həmləsini
asanlaşdırır. Nəticəsində əvvəlcə aralıq birləşmə olan amidinin (A) yaranır. Sonra isə amidin özü bir nukleofil kimi
trixlorasetonitrilin ikinci molekulu ilə reaksiyaya girərək uygun liqanda (B) çevrilir. Sonuncunun isə metalla reaksiyasından
müvafiq komplekslər əmələ gəlir. Reaksiyada ilkin olaraq Co(CH3COO)2 · 4H2O götürülməsinə baxmayaraq reaksiyanın
gedişində Co2+ → Co3+ çevrilməsi baş vermişdir ki, buda sistemin öz-özlüyündə oksidləşdirici xassə daşıdığını bir daha
təsdiqləyir. Belə ki, əvvəlki tədqiqatlarda MnCl2 və CuCl ilə aparılan reaksiyalar zamanı da Mn2+ → Mn3+, Cu1+ →
Cu2+ oksidləşməsi müşahidə olunmuşdur. (Sxem 3).
Sxem 3. Co(III) kompleksinin əmələgəlmə reaksiyanın mexanizmi.
Co(III) kompleksin molekulyar quruluşunudan göründüyündən kimi kristalın formalaşması zamanı bir DMSO
molekulunu O atomu eyni zamanda iki NH qrupları ilə N-H···O···H-N hidrogen rabitəsi əmələ gətirir.
|