II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
139
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
edilən kiçik molekullu oliqomerlər alınması üçün istifadə edilir ki, onlar da öz növbəsində yanacaq və sürtkü yağlarının
alınmasında əsas kompnent kimi, plastifikator, aşqar, SAM, ekstragent, qətran və s. alınmasında istifadə edilirlər.
Oliqomerləşmə məhsullarının irimiqyaslı sənaye istehsalına misal olaraq etilendən ali alfa-olefinlərin alınması prosesini
göstərmək olar ki, bu da K.Siqler tərəfindən alkilauminiumun etilenlə qarşılıqlı təsir reaksiyasının kəşf edilməsindən sonra
mümkün olmuşdur. Etilenin oliqomerləşmə məhsulları kimya sənayesi üçün mühüm əhəmiyyət kəsb edirlər. Belə ki,
etilenin oliqomerləşmə məhsullarına buten-1 (polibutilen, PE istehsalında), heksen-1 (PE sintezində somonomer kimi, aşqar
alınmasında), okten-1 (zərif üzvi sintez məhsulları-yağ turşuları, merkaptanlar, plastifikatorlar), desen-1 (sürtkü
materialları), С12 - С18 (detergentlər), С>20 (çoxfunksiyalı aşqarlar), С>30 (mumlar) olefinlərini misal göstərmək olar.
Laboratoriyamızda etilenin trimerləşmə məhsulu olan heksen-1-in birgə oliqomerləşmə məhsulları əsasında polimer
aşqarların sintezi istiqamətində sistemli şəkildə tədqiqatlar aparılmışdır. Müəyyən edilmişdir ki, kimyəvi modifikasiya yolu
ilə aşqara lazımi xassələr vermək mümkündür. Heksen-1-in ditsiklopentadien, desilmetakrilat, tərkibində toluol olan
həlledici iştirakında oliqomerləşməsi yolu ilə birgə oliqomerlər sintez edilmiş və müvafiq çevrilmələrə uğradılaraq yağların
özlülük-temperatur, yuyucu-dispersiyaedici, antikorroziya xassələrini yaxşılaşdıran polimer aşqarlar sintez edilmişdir.
Sintez edilmiş aşqarların məlum aşqarlar (КП-10, ПМА В-2, Viscoplex V-2-670, ИХП-388) ilə müqayisəli tədqiqi
nəticəsində yeni nümunələrin yağların bəzi istismar xassələrini yaxşılaşdırmaq qabiliyyətinə və destruktiv təsirlərə qarşı
davamlılığa görə daha üstün olduğu müəyyən edilmişdir. Tədqiqatlar nəticəsində xüsusilə tərkibində ditsiklopentadien olan
birgə polimerlərin digərləri ilə müqayisədə destruktiv təsirlərə qarşı daha davamlı olması və yağların tərkibində
antikorroziya xassəsi göstərməsi müşahidə olunmuşdur. Belə ki, tsiklik fraqmentli birləşmələr destruktiv təsirlərə qarşı xətti
quruluşlu birləşmələrdən daha davamlıdırlar. Tərkibində ditsiklopentadien manqaları saxlayan birləşmələrin antikorroziya
xassələri göstərməsi belə izah olunur ki, onlar açılmamış ikiqat rabitə hesabına metal səthlərində kimyəvi sorbsiya edərək
qoruyucu örtük əmələ gətirir ki, bu da metal səthlərin korroziyasının qarşısını alır.
Oliqoalkiltoluollardan başlanğıc xammal kimi istifadə etməklə aşağıdakı funksional aşqarlar sintez edilmişdir:
oliqoalkiltoluol sulfonatlar və dioliqoalkilıtoluol tiofosfinatlar. Sintez edilmiş aşqarların kimyəvi tərkibindən asılı olaraq
onların funksional xassələri də dəyişir. Məsələn, sulfonat aşqarları motor yağlarında istifadə edilən yuyucu aşqarların əsas
kütləsini təşkil edir. Belə aşqarların polimer əsasında alınması onlara əlavə olaraq yağların özlülük indeksini artırmaq
qabiliyyəti verir. Bununla yanaşı sulfonatlar yüksək qələvi ədədinə malik olduqlarından yağlara neytrallaşdırıcılıq
qabiliyyəti də verirlər.
Sulfonat aşqarlarının tərkibində yalnız kükürd atomu vardır, kükürd atomu ilə yanaşı fosfor atomu da oliqoalkiltoluol-
ların tərkibinə daxil edilsə alınan birləşmə - tiofosfinat daha yeni xassələrə malik olacaq - onlar yağların yuyucu-
dispersiyaedici, antikorroziya və oksidləşmə əleyhinə xassələrini də yaxşılaşdıracaq. Göründüyü kimi aşqara funksional
xassəni molekulun tərkibinə daxil olan funksional qrup verir. Polimer radikalın rolu isə sintez edilmiş birləşməyə neft
yağlarında həllolma qabiliyyəti verməkdir, yəni bir növ liqand rolu oynayırlar. Ancaq bu o demək deyil ki, polimer
radikalın heç bir rolu yoxdur. Sintez üçün başlanğıc xammal kimi istifadə edilən polimerin molekul kütləsinin qiymətini
dəyişməklə alınacaq aşqarın qələvi ədədini, qatılaşdırıcılıq qabiliyyətini tənzimləmək olar.
Dostları ilə paylaş: |