γ-ŞÜALANMANIN SİNİR TOXUMASINDA YARATDIĞI FƏSADLARIN
KORREKSİYASINDA ZƏFƏRAN EKSTRAKTININ ROLU
Sevinc MƏMMƏDOVA
AMEA, Fiziologiya İnstitutu
ecolog84@rambler.ru
Müasir dövrümüzdə ətraf mühitdə ilbəil artan radiasiya şüalanması mənbələrinin canlı orqanizmlər üçün real təhlükə
yaratdığını nəzərə alsaq, bu sahədə aparılan tədqiqatların böyük aktuallıq kəsb etdiyini görmək çətin deyil. İonlaşdırıcı
şüalanma nəticəsində oksidant-antioksidant sistemində yaranan disbalans canlı orqanizm hüceyrələrinin normal
fəaliyyətinin pozulmasına və immunitetin zəifləməsinə səbəb olur, hansı ki, bu da öz növbəsində xroniki xəstəliklərin
inkişafına təkan verir. Antioksidant (AO) maddələrin oksidləşdirici stresi ləngitmək, yaxud da qarşısını almaqla
oksidləşdirici zədələnmələrin nəticəsi olaraq meydana çıxan əksər xəstəliklərin profilaktika və müalicəsində əvəzsiz rolu
danılmazdır. Orqanizmin lazımi AO-larla təmin olunmasında qida məhsullarının və qida əlavələrinin əhəmiyyəti çox
böyükdür. Bir neçə minilliklər boyu ədviyyat kimi istifadə olunan zəfəranın (Crocus sativus L.) xalq təbabətində geniş
istifadəsi öskürək əleyhinə, yaddaş gücləndirici, antiişemik, antidepressant, antivirus, antioksidant və s. kimi əhəmiyyətli
farmakoloji təsirlərə malik olmasından irəli gəlir. Aparılan müasir tədqiqatlar nəticəsində zəfəranın bir sıra bioloji aktiv
maddələrin bitki kompleksi olduğu sübuta yetirilmişdir. Zəfəran dərman bitkisi kimi soyuqdəymə, astma, göz və ürək-
|