II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
160
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
damar xəstəliklərinin müalicəsində istifadə olunmuşdur. Bütün bu müalicəvi xüsusiyyətlərin əsasında zəfəranın dişicik
ağızcıqlarının kimyəvi tərkibinin zənginliyi durur. Belə ki, tədqiqatlar bu tərkibə karbohidratlar, minerallar, vitaminlər,
karotin, flavonoidlər, amin turşular və zülallar kimi bioloji aktiv komponentlərin daxil olduğunu göstərmişdir. Bütün bunları
nəzərə alaraq tədqiqat obyekti kimi seçdiyimiz zəfəranın ionlaşdırıcı şüaların AO sistemdə yaratdığı fəsadlara təbii AO kimi
təsirini tədqiq etmişik.
Tədqiqatlar 180±20 q çəkidə olan 30 fərd ağ laborator siçovullar üzərində, onların 3 qrupa bölünməsi ilə aparılmışdır: I
qrup – kontrol; II qrup – γ-şüalanma; III qrup – zəfəran ekstraktı + γ-şüalanma. γ-şüalanmanın ümumi dozası 4 Qr-dir.
Heyvanlara şüalanmadan əvvəl 21 gün müddətində per os yolu ilə 120 mq/kq dozada zəfəran ekstraktı verilib. Göstəricilər
şüalanmadan 1 saat, 3 və 6 gün sonra təyin edilmişdir. LPO məhsullarının (hidroperoksid - HP, malondialdehidi - MDA)
miqdarı Asakava T. və Matsuşita S. (Asakawa T. and Matsushita S., 1980) metodu ilə müəyyən olunmuşdur.
Tədqiqatlardan alınan nəticələr göstərir ki, γ-şüalanmanın 4 qr dozasında heyvanlara təsir etdikdə LPO məhsullarının
qatılığı beyin strukturlarının hamısında kəskin artır. Uzunsov beyində şüalanmadan 1 saat sonra kontrol göstəricilərlə
müqayisədə artım HP-də 21%, MDA-da isə 28,6% təşkil edir. Artım tendensiyası 3-cü günə qədər davam edir. Belə ki, bu
artım kontrol qrup heyvanlara nisbətən HP-də 26%, MDA-da isə 34% olur. Bunu orqanizmin endogen AO ehtiyatının
yenidən formalaşması üçün sintez prosesinin tam bərpa olunmamağı və plazmatik membranların struktur-funksional
pozğunluqları ilə izah etmək olar. 6-cı gündə isə LPO məhsullarının intensivləşməsi dayanır və 3-cü gün üçün əldə olunmuş
göstəriciyə nisbətən azalır. HP və MDA qatılığının bu şəkildə dəyişməsi tendensiyası təcrübələrin aparıldığı digər
strukturlarda da (beyincik, görmə və sensomotor qabığı) öz əksini tapmışdır.
Zəfəran ekstraktının 21 gün müddətində per os üsulu ilə heyvanlara verilməsindən sonra şüalanmanın elə ilk saatında
LPO məhsullarının səviyyəsi müəyyən qədər aşağı düşür: şüalanmadan sonra uzunsov beyində HP–2,54±0,12 nis.vah.,
MDA–2,25±0,07 nmol/mq
zülal
olduğu halda, zəfəran almış heyvanlarda bu göstəricilər uyğun olaraq 2,20±0,11 nis.vah. və
2,05±0,06 nmol/mq
zülal
təşkil edir. 3-cü gündə bu azalma təqribən HP-də 9%, MDA-da isə 10% olur. 6-cı gündə isə
dəyişilmə demək olar ki, baş vermir. Belə ki, HP–2,25±0,08 nis.vah., MDA–2,00±0,08 nmol/mq
zülal
təşkil etmişdir.
Göstəricilərin bu şəkildə dəyişməsi zəfəran ekstraktının uzun müddətli stabil AO xüsusiyyətindən xəbər verir. Analoji
vəziyyət həm görmə, həm də sensomotor qabığında müşahidə edilir.
Dostları ilə paylaş: |