Microsoft Word Materiallar Full


GƏMİRİCİLƏRDƏ BAĞIRSAQ KOKSİDİLƏRİNİN (APICOMPLEXA,COCCIDIA



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə269/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   265   266   267   268   269   270   271   272   ...   1149
GƏMİRİCİLƏRDƏ BAĞIRSAQ KOKSİDİLƏRİNİN (APICOMPLEXA,COCCIDIA)MÜASİR 

MOLEKULYAR METODLAR VASİTƏSİ İLƏ TƏDQİQ EDİLMƏSİNİN ÜSTÜNLÜKLƏRİ 

HAQQINDA 

 

Türkan QURBANOVA 

AMEA, Zoologiya İnsitutu 



turkan.qurbanova@gmail.com 

 

Apicomplexa tipinin ən geniş yayılan qruplarından biri Eimeriida dəstəsidir. Bu dəstəyə aid olan birhüceyrəli 

ibtidailərin  əksəriyyəti bağırsaq parazitləridir. Eimeriida dəstəsinin 12 fəsiləsi vardır ki, onların içərisindən Eimeriidae 

fəsiləsi cinslərinin sayının çoxluğuna görə üstünlük təşkil edir. Eimeriidae fəsiləsinə aid olan koksidilərin ayrı-ayrı cinsləri 

bir-birindən oosistaların quruluşuna, sporosista və sporozoitlərinin sayına görə fərqlənirlər. Belə ki, bu fəsilənin daha geniş 

yayılmış cinslərindən Caryospora cinsinə aid olan oosistaların daxilində 1 sporosista, Cyclospora və Dorisa cinsinə aid olan 

oosistaların daxilində 2 sporosista, Eimeria cinsinə aid olan oosistaların daxilində 4 sporosista, Octosporella və Gousseffia 

cinsinə aid olan oosistaların daxilində 8 sporosista olur.  

Eimeriida dəstəsinin digər daha geniş yayılmış  fəsilələrindən biri də Cryptosporidiidae fəsiləsidir. Bu fəsilə bir cins-

Cryptosporidium cinsi ilə təmsil olunur. Bu cinsə daxil olan növlərin oosistalarında sporosista yoxdur, 4 sporozoit sərbəst 

şəkildə yerləşir.İqtisadi ədəbiyyatda insan kapitalına fərqli təriflər verilmişdir. Bu təriflər ümumiləşdiriləcək olursa, insan 

kapitalı istehsal prossesində yer alan əmək amilinin sahib olduğu və digər istehsal amillərindən daha səmərəli istifadə 

edilməsinə gətirib çıxaran bilik, bacarıq, təcrübə, peşəkarlıq, sağlamlıq səviyyəsinə bağlı olaraq yaratdığı əlavə dəyər olaraq 

ifadə edilə bilər. 

Eimeriida dəstəsinə daxil olan cinslərdən Eimeria və Cryptosporidium cinsinə aid olan koksidilər heyvanlarda ciddi 

fəsadlarla nəticələnən xəstəliklərə  səbəb olduğundan onlar daha geniş  şəkildə öyrənilmişdir. Xüsusən Cryptosporidium 

cinsindən olan parazitlər zoonoz təbiətə malik olduğundan, yəni insan və heyvanlar üçün ümumi parazitlər olduğundan 

onların hərtərəfli öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Son dövrlərə  qədər bu koksidilərin tədqiq edilməsi zamanı 

oosistaların mikroskopiya metodu vasitəsi ilə  əldə edilmiş morfoloji göstəriciləri  əsas götürülürdü. Lakin bağırsaq 

koksidilərinin, xüsusən vəhşi heyvanların, bizim tədqiqatlarımız zamanı isə gəmiricilərin koksidilərinin ancaq mikroskopiya 

metodundan istifadə etməklə öyrənilməsi bir sıra çətinliklərə gətirib çıxarır. Belə ki, eyni sahibin fekal nümunəsində aşkar 

edilmiş oosistaların morfoloji quruluşu və ölçüləri onların xaric olunma vaxtından, patent dövrün başlanğıcı və ya sonundan 

asılı olaraq kəskin şəkildə fərqlənə bilər. O cümlədən, bir sıra tədqiqatçılar tərəfindən gəmiricilər dəstəsinin bir neçə növü 

üzərində bir sahibə xas olan eymeriya növlərinin digər sahibi yoluxdurmasını sübut edən çarpaz yoluxdurma təcrübələri 

aparılması  tərəddüdlərin yaranmasına səbəb olur. Bağırsaq koksidilərindən  İsospora cinsinə daxil olan parazitlərin təyin 

edilməsində də aydın olmayan məqamlar vardır. Belə ki, gəmiricilərin fekal nümunələrində aşkar olunan izosporid struktura 

malik oosistların, çox vaxt, onların orqanizminə quşlardan tranzit yolla keçdiyi qeyd edilir. Gəmiricilərin və o cümlədən 

digər heyvanların koksidilərinin təyini zamanı yaranan bütün bu qaranlıq məqamları  həll etmək üçün hal-hazırda müasir 

molekulyar metodlardan geniş şəkildə istifadə edilir. Bu metodlardan DNT amplifikasiyası, PZR, DNT sekvinasiyası daha 

çox yayılmışdır. DNT amplifikasiyası - dezoksiribonuklein turşusunun (DNT) hər hansı bir geninin kopyalarının 

orqanizmdən kənarda dəfələrlə artırılmasıdır. Polimeraz zəncir reaksiyası (PZR) — molekulyar biologiyanın eksperimental 

metodu olub, bioloji materialda DNT-nin müəyyən fraqmentlərinin kiçik konsentrasiyalarının dəfələrlə artırılması üsuludur.  

Metod DNT-nin müəyyən region və ya regionlarının orqanizmdən kənarda (in vitro) DNT polimeraz fermenti vasitəsilə 

müəyyən nahiyəni seçərək süni şəraitdə təkrar təkrar kopyalanması prinsipinə əsaslanır. Bu zaman yalnız verilmiş şərtlərə 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin