II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
162
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
müvafiq olan və tədqiq olunan nümunədə mövcud olan regionların kopyalanması baş verir. PZR metodu tədqiq olunan
nümunədə hər hansı bir xəstəliyin törədicilərinin və ya hər hansı bir parazitin DNT-sindən bir neçə molekul olsa belə
onların mövcudluğunu müəyyən etməyə imkan verir. DNT sekvinasiyası (latın dilindən sequentum — ardıcıllıq)
nukliotidlərin dəqiq ardıcıllığının müəyyən edilməsi metodudur.
Yuxarıda qeyd olunan müasir metodların tətbiqinə qədər Cryptosporidium cinsinə daxil olan və gəmiricilərdə geniş
yayılmış C. parvum növü 20-dən çox sahibdə parazitlik edən eyni növ kimi qəbul edilirdi. Lakin PZR və DNT sekvinasiyası
kimi metodların tətbiqindən sonra aydın oldu ki, bu növün ən azı iki genotipi vardır. Onlardan biri yalnız insan və bəzi
primatlar üçün xarakterik olan genotip I və ya C.hominis, digəri isə iri buynuzlu mal-qara və insan üçün xarakterik olan
genotip II və ya “öküz genotipi”dir.
Spesifik praymerlərdən istifadə etməklə nukliar 18S rDNA (*1500 bp), plastid ORF 470 (*700 bp) və mitoxondrial I (COI;
*400 bp) genlərini PZR vasitəsi ilə amplifikasiyası metodu ilə Eimeria cinsinə aid olan koksidilərin təsnifatda yerini
dəqiqliklə müəyyən etmək mümkündür. Tədqiqatlarımız zamanı gəmiricilər dəstəsinə daxil olan Kiçik Asiya dağ
ərəbdovşanının (Allactaga williamsi), boz siçovulların (Rattus norvegicus), ev siçanlarının (Mus musculus) və
qırmızıquyruq qum siçanlarının (Meriones libycus), o cümlədən Bakı heyvanat parkında saxlanılan gəmiricilərin
mikroskopiya metodundan istifadə etməklə bağırsaq koksidiləri ilə yoluxması tədqiq edilmişdir. Tədqiqat işi nəticəsində
gəmiricilərdə parazitlik edən Eimeria, Cryptosporidium və İsospora cinslərinə daxil olan koksidilərin morfolometrik
göstəricilərinə əsasən onların növ mənsubiyyəti təyin edilmiş və əldə olunmuş nəticələr hal-hazırda molekulyar metodlardan
istifadə etməklə təsdiq edilmə mərhələsindədir.
Dostları ilə paylaş: |