BİTKİ MƏNŞƏLİ MADDƏLƏRİN
ANTİOKSİDANT XÜSUSİYYƏTLƏRİNİN TƏDQİQİ
Sara ƏLƏKBƏRLİ, S.R. ÇIRAQOVA
Bakı Dövlət Universiteti
saraalakbarli@yahoo.com
Sərbəst radikallar və reaksiyaya daxil ola bilən oksigenli birləşmələrin mövzusu elmi cəmiyyət tərəfindən böyük diqqət
çəkməyə davam edir. Antioksidantlar – hüceyrəni (daha dəqiq desək hüceyrə membranını), orqanizmdə ifrat oksidləşmə
yarada bilən zərərli effekt və ya reaksiyalardan qoruyan birləşmələrdir. Bizim planetimizdə demək olar ki, həmişə
parçalanma prosesləri Oksigenin iştirakı ilə, oksidləşmə yolu ilə gedir. Dəmirin paslanması, insanın xəstəliyə tutulması,
qocalması oksidləşmə prosesinin nəticəsidir. Qidanın tərkibindəki antioksidant birləşmələri sağlamlığı qoruyan maddələr
kimi mühüm rol oynayır. Təbii şəraitdə sərbəst radikalların miqdarı azdır və onların hüceyrəyə təsiri xaricdən qida ilə qəbul
olunan antioksidantlarla təmamilə yatırılır. Istənilən qida məhsulunun antioksidant aktivliyi çox vacib amildir, belə ki, bu
göstərici sərbəst radikalların ifrat dərəcəsini neytrallaşdıran, orqanizmin hüceyrə və toxumalarını zədələyən oksidləşmə
|