Microsoft Word Materiallar Full


ULTRABƏNÖVŞƏYİ-B ŞÜALARININ VƏ TEMPERATURUN



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə260/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   256   257   258   259   260   261   262   263   ...   1149
 

ULTRABƏNÖVŞƏYİ-B ŞÜALARININ VƏ TEMPERATURUN 

 LOBYA TOXUMLARININ MORFOFİZİOLOJİ GÖSTƏRİCİLƏRİNƏ TƏSİRİ 

 

Lalə KAZIMOVA 

Bakı Dövlət Universiteti 



k.l91@mail.ru 

 

Biosferə antropogen təsir bir sıra ekoloji dəyişikliklərə, xüsusilə, stratosferin ozon qatının zəifləməsinə  və 

ultrabənövşəyi –B ( UB-B) – şüalarının səviyyəsinin yüksəlməsinə  səbəb olmuşdur. Son illərdə    UB-B  şüalarının canlı 

orqanizmlərə, o cümlədən bitkilərə təsiri geniş tədqiq olunur. Bitkilərin yüksək temperatur stresinə qarşı cavab reaksiyası 




II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

156 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

kimi onlarda baş verən  əsas fizioloji dəyişiliklər barədə  ədəbiyyatda geniş  məlumat vardır. Təbiətdə  ətraf mühitin qeyri 

əlverişli  amilləri bitkilərə eyni zamanda təsir göstərir və onların  bu amillərin birlikdə  təsirinə qarşı cavab reaksiyası 

ayrılıqda baş verən təsir effektindən  əhəmiyyətli dərəcədə  fərqlənə bilər. Lakin, ədəbiyyatda müxtəlif amillərin birlikdə 

bitkilərə təsirinin öyrənilməsinə aid işlər azdır. Bunları nəzərə alaraq UB-B şüalarının və temperaturun lobya toxumlarına 

ayrılıqda və birlikdə təsirinin tədqiqi aktualdır. 

Quru lobya  toxumlarının UB-B şüalandırılması zamanı suyu udma qabiliyyəti dozadan asılı olaraq dəyişir. Belə ki, 

UB-B şüalarının 1,5x10

4

erq/mm


2

 dozası ilə şüalanmış toxumların suyu udma qabiliyyəti kontrola nisbətən artır. Lakin UB-

B şüalarının dozası artdıqca (2,2-4,5x10

4

erq/mm



2

) toxumun suyu udma qabiliyyəti azalır.  

Temperaturun (30

o

C-60



C) quru lobya toxumlarına təsirindən sonra (təsir müddəti 30 dəqiqə) suyu udma qabiliyyəti 

dəyişir. Belə ki, 30

o

C-45



C temperaturda udulan suyun midarı kontrolla muqayisədə bir qədər azaldığı halda, 50

o

C-55


temperaturda nisbətən artır. 



UB-B şüaların (1,5-4,5x10

4

erq/mm



2

) və temperaturun  (40

o

C) birlikdə quru lobya toxumlarına təsiri zamanı toxumların 



suyu udma qabiliyyəti UB-B şüalarının dozasından(1,5-4,5x10

4

erq/mm



2

)  asılı olaraq dəyişir və bütün dozalarda kontroldan 

yüksəkdir. UB-B –nin, 3x10

4

erq/mm



dozası ilə şüalanmış toxumlardaudulan suyun miqdarı kontrolla nisbətən 1,5 dəfə artır. 

Əsas kökün uzunluğu UB-B şüalarının 1,5-2,2x10

4

erq/mm



dozalarında kontrolla müqayisədə 2,5 dəfə, 3,7x10

4

erq/mm


dozada isə 2 dəfə artır. Bu zaman əlavə köklərin sayı UB-B şüalarının  istifadə olunan dozaların (3x10

4

erq/mm


2

 dozasından 

başqa) təsirindən sonra artır. Şişmənin III fazasında əsas kökün uzunluğu kontrola nisbətən qısadır, əlavə köklər isə əmələ 

gəlmir. 


30

o

C-45



C temperaturun quru lobya toxumlarına təsirindən sonra əsas kökün uzunluğu 2 dəfə artır, 50

o

C-55


temperaturda isə iki dəfə azalır.  Əlavə köklərin sayı isə 45



C temperatura qədər 2 dəfə artır, 50

o

 C -55


0

C-də azalır. 

Şişmənin III fazasında isə temperaturun (30

o

C-45



C) təsirinə məruz qalmış lobya toxumlarında əsas kökün uzunluğu 1,1 

dəfə artır 50

o

 C - 55



0

C-də isə toxumun inkişafı dayanır. Əlavə köklərin sayı isə 30

o

C-40


o

C 2,5 dəfə artmış, 50

o

C-55


C isə 


ümumiyyətlə əmələ gəlməmişdır. 

Alınmış nəticələr göstərir ki, quru və şişmənin III fazasında  aşağı temperaturun (30

o

C-45


C)  təsirinə məruz qalmış 

toxumlarda kontrolla müqayısədə əsas kökün uzunluğu və əlavə köklərin sayı stimulə olunur, yüksək temperaturda (50

o

C-



55

C ) isə kəskin azalır. 



UB-B  şüaların və temperaturun  (40

o

C) birlikdə quru lobya toxumlarına təsiri zamanı toxumlarda 3 x10



4

erq/mm


dozasının təsiri nəticəsində əsas kökün uzunluğu kontrola nisbətən 2 dəfə artmış, 4,5x10

4

erq/mm


isə 0,8 dəfə azalmışdır. 

əlavə köklər isə inkişaf etməmişdır. Şişmənin III fazasında əsas kökün uzunluğu 3,7 x10

4

erq/mm



2

 dozasında 2,1 dəfə artır, 

4,5x10

4

erq/mm



isə 0,1 dəfə azalmışdır. Əlavə köklərin sayı isə UB –B şüalanmanın dozasından asılı olaraq artır, yüksək 

dozalarda isə nisbətən azalır. 

Aparılmış  tədqiqat nəticəsində müəyyən olmuşdur ki, UB-B şüalarının kiçik dozaları (1,5-2,2x10

4

erq/mm


2

) lobya 


toxumlarını – quru və şişmənin III fazasında  temperaturun zədələyici təsirindən qoruyur. 

Müəyyən olunmuşdur ki, şişmədən əvvəl şüalandırılmış toxumlar UB-B şüaların və temperaturun ayrılıqda və birlikdə 

təsirə qarşı daha davamlıdır. Toxumların morfofizioloji göstəricilərinə stimuləedici təsir UB-B şüalarının kiçik dozalarında 

(1,5-2,2x10

4

erq/mm


2

) və 40


o

C temperaturda müsahidə olunur. Alınmış nəticələrə və ədəbiyyat məlumatına əsasən güman 

etmək olar ki, UB-B şüalarının qeyd olunan dozasının və temperaturun lobya toxumlarına stimuləedici təsiri zamanı sərbəst 

–radikal reaksiyalarının tənzimləyicisi olan antioksidantların miqdarının və fəallığının yüksəlməsi ilə əlaqədardır. 

Məlumdur ki, şişmənin III fazasında  hüceyrədə oksidləşdirici stress mümkündür. Bu zaman membran quruluşunun 

yenidən qurulması başa çatır və metobolizm kəskin aktivləşır. Mitoxontri, endoplazmatik şəbəkə və digər hüceyrə sistemləri 

tərəfindən oksigenin aktiv formaları (OAF) generasiya səviyyəsi, hüceyrənin antioksidant aparatının imkanlarını üstələyə 

bilər. OAF ifrat çoxluğu toxumun rüşeym oxunun zədələnməsinə  səbəb ola bilər və  nəticədə morfoloji defekti olan 

cücərtilər əmələ gəlir. Aydındır ki, bu rüşeym oxu hüceyrələrinin bölünməsinin pozulması nəticəsində baş verə bilər. 

 

 



 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin