II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
240
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Ədibin 90-cı illər yaradıcılığını Qanlı 20 Yanvar hadisələrini özündə əks etdirən şeirlər və poemalar təşkil edir. Onun
poeziyasında mübariz döyüşçü ruhu açıq-aydın hiss olunmaqdadır. “Qanım bayrağımdadır” poemasında o, sovet
imperiyasının xalqımıza qarşı törətdiyi soyqırımını ifşa etmişdir. Qarabağ hadisələrini təsvir edərkən şair təşbehlərin
mükəmməl formalarından istifadə edərək :
Qarabağ-Ürəyimdir, Şuşa-gözüm qarası,
Gözlərimə tuşlanıb bu gün düşmən gülləsi, -
deyərək o dövrün mənzərəsini yaratmağa müvəffəq olmuşdur.
X.R.Ulutürkü daim yaşadığı zamanın problemləri düşündürmüş, zamanla qələmini yüksək ustalıqla uyuşdurmağı
bacarmış, müasirlik carçısı olmuşdur. Xalqı mübariz olmağa, vətənin hər qarış torpağını göz-bəbəyimiz kimi qorumağa, heç
nədən qorxmamağa səsləyən şair özü də onların ön sırasında çıxış etdiyini sübut etməklə, onu birliyə, bütövlüyə səsləmişdir.
“Döyüşlərdə gəncləşirəm” şeirindən gətirdiyimiz aşağıdakı beyt də məhz bu fikirlərimizi təsdiqləməkdədir.
Bu qıvrılan zəncirləri biz qırmasaq, kim qıracaq?
Hayqırmasam, hayqırmasaq, yermi, göymü hayqıracaq?
Dostları ilə paylaş: |