Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə408/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   404   405   406   407   408   409   410   411   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

241 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

“KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA SƏS AHƏNGDARLIĞI 

 

Dürdanə TARIVERDİYEVA 

Bakı Slavyan Universiteti 



pearl087@hotmail.com 

 

Bildiyimiz kimi bədii üslub bədii təfəkkürün ifadəsi olub, obrazlı, emosional (ekspressiv) nitq formasıdır. Azərbaycan 

ədəbi dilinin tarixində bədii üslub həmişə aparıcı olmuşdur, müəyyən mərhələlərdə isə hətta bütövlükdə ədəbi dili təmsil 

etmişdir. Ədəbi dilin əsas aparıcı üslubu bədii üslubdur. Bədii üslubun əsas şərti obrazlılıq və emosionallıqdır.  

Eposda qədim dastan ənənəsinə uyğun olaraq, hadisələr nəsrlə təsvir olunmuş, yeri gəldikcə  qəhrəmanların dilindən 

şeir parçaları da verilmişdir. Heca vəzni ilə yazılmış bu şeirlər, əsasən, sərbəst şəkildədir. Misralardakı hecaların sayı bir 

çox hallarda bərabər deyil, lakin şeirlərdə xüsusi bir ahəng, ritm və özünəməxsus qafiyələnmə qaydası vardır. 

Dastanın dilini tədqiq edərkən fonetik obrazlılığın  əsas göstəriciləri olan alliterasiya və assonansa xüsusi diqqət 

yetirilir. Dastanın bədii xüsusiyyətləri sırasında assonans daha çox diqqəti cəlb  edir.  Həm müasir ədəbi dilimizdə, həm də 

folklor və bədii ədəbiyyatda assonansdan geniş istifadə olunur. Professor K.Vəliyev dastanda assonansın az olduğunu qeyd 

edir. N.Xudiyev isə incə saitlərin assonansının az olmasını bildirir. “Kitabi-Dədə Qorqud”un dili üçün qalın saitlərin 

assonansı xarakterikdir. İncə saitlərin assonansı ilə bağlı  təqdim etdiyimiz nümunələr, xüsusən onlara aid statistik 

hesablamalar göstərir ki, eposun dili üçün incə saitlərin assonansı da səciyyəvidir  

“Kitabi-Dədə Qorqud” dastanının  ən maraqlı dil xüsusiyyətlərindən biri də eposda güclü alliterasiyanın olmasıdır. 

Alliterasiya – samit səslərin ahəngi dastanın dilində daha çox işlənən fonetik obrazlılıqdır. Dastanda daxili və xarici 

alliterasiyalara tez-tez rast gəlinir. Məqalədə  təqdim etdiyimiz nümunələr bir daha təsdiq edir ki, dastanda “q” samitinin 

alliterasiyası daha çoxdur. Dastanda allitersiyanın daha maraqlı bir təzahürü də odur ki, bəzi misralar hansı səslə başlanırsa, 

sonu da həmin səslə başlanan sözlə bitir: 



 Yerliqara 

tağların yıqılmasın 

  

Kölgəlicə qaba ağacın kəsilməsin  

  

Qamən aqan görkli suyun qurumasın 

Eposun  həm nəzm, həm də nəsr dilində rast gəlinən bu obrazlılığa onomastik vahidlərdə də rast gəlinir: Dəli Domrul, 



Boyu uzun Burla Xatun, Qaragünə oğlı Qarabudağ, Baybörə oğlu bamsı Beyrək, Sarı Donlu Selcan xatun. 

 Araşdırmalarımız göstərir ki, sintaktik-konstruktiv təkrarlar  əsasında yaranmış cümlələrdə incə  və  qalın saitlərin 

assonansı xarakterikdir. Dastanda fonetik  obrazlılığın digər göstəriciləri olan təkrar (fonetik təkrarlar yəni səs və heca 

təkrarları) və intonasiya da çox işlənmişdir. Dastanı  vərəqlədikcə “Dədə Qorqud” şeirinin özünəməxsusluğu, ritm-

intonasiya rəngarəngliyi, qafiyə, anafora, epifora və s. kimi poetik kateqoriyalara rast gəlirik. Eposdakı sintaktik bütövlərin 

çoxunda səs, heca, söz, söz birləşməsi və cümlə  təkrarları digər poetik kateqoriyalar, xüsusən də epitet və  təşbehlərərlə 

qovuşuq, çuğlaşmış şəkildədir, onların birini digərindən ayırmaq mümkün deyil. 

 

 

 

 

Bərü gəlgil, başım baxtı, evüm taxtı, 

 

 

 

 

Evdən çıqub yüriyəndə səlvi boylum! 

 

 

 

 

Topuğunda sarmaşanda qara saçlım, 

 

   Qurulu 

yaya 

bənzər çatma qaşlum! 

Eposda fikrin təsir gücünü qüvvətləndirmək üçün bədii sual, təzad və mübaliğə kimi bədii ifadə vasitələrindən də 

istifadə edilmişdir. 

 

 



 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   404   405   406   407   408   409   410   411   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin