II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
242
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir, hansı özünəməxsus və
səciyyəvi spesifik xüsusiyyətlərə sahibdir və bütün bunlar hansı əsaslara söykənir.
Azərbaycanda milli özünüdərk prosesi böyük bir tarixi yol keçmişdir. Milli ideologiya, milli kimlik, özünüdərk
prosesində həyatını qurban verən insanlar məhz özlərindən sonrakı nəslin bu ülvi dəyərlərə sahib çıxmasını, onu qorumasını
istəmişdilər. Məhz onların ağır şərtlər altında, heç bir təhlükə və qorxudan çəkinməyərək millətin gələcəyini düşündükləri
üçün bu mübarizəyə qoşulmuşdular. Bu missiyanın davam etdirilməsi isə gələcək nəsilə bir vəzifə kimi ötürülmüşdür.
Böyük və zəngin bir tarixi irsə sahib olan Azərbacanda bu gün milli şüur, millilik, gənclərdə milli özünüdərk
səviyyəsinə bir qədər fərqli prizmadan nəzər yetirməyə çalışacayıq. Çoxsaylı sorğu və təhlillərin nəticəsi olaraq bəyan
etmək olar ki, bu gün irsimizə sadiqlik, milli düşüncəmizə sədaqət və Azərbaycançılıq ideyalarının tam dolğunluqla
təzahürü məsələlərində narahatedici məqamların mövcudluğu danılmaz bir faktdır. Burada söhbət yalnız gənclərin patriotik
hisslərə qapanma səviyyəsindən getmir. Məsələ daha ciddidir. Görəsən, bugünki gəncliyin, əjdadlarımızın təcrübəsi olaraq,
milli dəyərlərimizi gələcək nəsillərə çatdırmaq potensialı və missiyası vardır mı? Sualın cavabı isə mövcud vəziyyətin
obyektiv və subyektiv səbəblərindədir. Səbəblər isə bəllidir...fərqli maraqlar, fərqli düşüncə tərzi, fərqli zəmanə... Bu
məqaləmizdə biz özünüdərk prosesinin təkamülü təsiri və milli şüurun, özünüdərkin gənclər arasında bu gün daha da
yüksək səviyyəyə çatdırılması ilə bağlı təklifləri nəzərdən keçirməyi qarşımıza məqsəd qoymuşuq.
Milli şüur, milli özünüdərk mənəvi dəyərləri özündə əks etdirən bir anlayışdır. Özünüdərk və şüur anlayışı nə qədər
ümumidirsə, milli şüur istilahında həm ümumilik, həm də xüsusilik vardır. Milli şüur bir növ fərdi şüurla ümumi şüur
arasında əlaqələndirmə funksiyasını yerinə yetirir. Çünki milli şüurda bir fərdin təmsil olunduğu konkret etnik, dini, mədəni
xüsusiyyətlərlə yanaşı, ümumi mahiyyətli bəşəri dəyərlər də öz əksini tapa bilər. Yəni hər birimiz bir tərəfdən konkret bir
millətin, dinin, mədəniyyətin nümayəndəsi olduğumuz halda, digər tərəfdən ümumbəşər dəyərlərin daşıyıcısıdır.
Ona görə də, milli şüur, milli ideya dedikdə, onu yalnız etnik mənada başa düşüb, yalnız məqaləmizin kökündə
dayanan türkçülüklə əlaqələndirmək məzələyə məhdud prizmadan baxış kimi qiymətləndirmək olardı. Türkçülük milli
şüurun biri hissəsidir. Daha doğrusu onun aparıcı hissəsi və nüvəsidir. Buna səbəb də odur ki, milli şüurun formalaşması hər
şeydən öncə dil, mədəniyyət və qan-nəsil birliyi (etnos) ilə bağlıdır. Hər bir insan danışdığı dilin milli varlığıdır. Elə bir
varlıq ki, özünü onunla ifadə edir. Bu baxımdan türk dilində (Azərbaycan) danışan və təhsil alan hər bir Azərbaycan
vətəndaşı (türk və türk olmayanlar) özünü həm türk (çoxsaylı Azərbaycan türkləri), həm də azərbaycanlı (türklər və azsaylı
etnik qruplar) kimi qəbul edir. Bu vəhdət nəticəsində yaranan azərbaycançılıq milli şüurun özünüdərk nümunəsidir. Deməli,
milli şüur formalaşdırılarkən dil amili birinci yeri tutur.
Azərbaycan gəncliyinin sıralarında bəzi hallarda obyektiv və subyektiv səbəblərdən müşahidə olunan “özünüdərk”
anlamına və onun doğurduğu milli dəyərlərə, vətəndaşlıq borcuna və tarixi köklərə müəyyən biganəlik və etinadsızlıq
cəmiyyətin birbaşa səyləri ilə aradan qaldlırılmalı, bağçalarda, orta məktəblərdə, ali təhsil ocaqlarında “milli özünüdərk”
anlamı mütləq olaraq mərkəzləşmiş və planlı şəkildə hər kəsə aşılanmalıdır. Tarixi dəyərlərin və milli mənsubiyyət
elementlərinin daşıyıcıları olan gəncliyin qarşısında bu gün layiqli gəcələcəyin təmin edilməsi baxımından böyük vəzifələr
durur. Odur ki, zəngin millət, firavan cəmiyyət və layiqli gələcək yönümlü əməllərimiz fərdiyyat şəklində və mütləq
xarakterli kütləvi tədbirlərin hökümət səviyyəsində həyata keçirilməsinə yeni bir təkan veriləcəyini düşünürük.
Məhz bu baxımdan, vətənə şüurlu sevgi, milli özünüdərk və fərdi fəaliyyətlərin bu kontekstə salınması tələbi hər bir
adamın üzərinə ağır yük qoyur.
Milli-mənəvi dəyərlərin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırılması, davam etdirilməsi üçün mədəni abidələrin,
bədii ədəbiyyatın, milli fəlsəfi fikrin rolu böyükdür. Lakin milli ruhu qorumaq, inkişaf etdirmək və yeni nəsillərə çatdırmaq
üçün ən yaxşı mühit milli dövlətçilik şəraitində yaranır. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-
mənəvi dəyərlərin qorunmasına xidmət edir. Və bu zaman milli ruh həyat tərzinə çevrilir. Dövlətçilik ideologiyası da milli
ideologiya da eyni bir təməl üzərində-milli fəlsəfi fikir zəminində formalaşır.
Dostları ilə paylaş: |