EYNƏLİ BƏY SULTANOVUN HEKAYƏLƏRİNDƏ NAĞIL TƏHKİYƏSİ
Elxan YURDOĞLU-MƏMMƏDOV
AMEA, Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu
elxan.yurdoglu@gmail.com
Folklora həddindən artıq bağlı olan Eynəli bəy Sultanov bir məqaləsində özünün də qeyd etdiyi kimi folklor
nümunələrinə əsərlərində geniş yer verməyə çalışırdı. Ömrünün bir neçə ilini şifahi xalq ədəbiyyatı nümunələrini toplamağa
sərf edən, xüsusən də atalar sözləri, sayaçı sözlər, aşıq yaradıcılığını toplayan E.Sultanov istər publisistik məqalələrində,
istərsə də bədii yaradıcılığında onlardan yeri gəldikcə istifadə edirdi.
Yaradıcılığa başladığı gündən öz doğma xalqından öyrənən Eynəli Sultanov xalq ədəbiyyatını dərin məhəbbətlə
sevmiş, onun öyrənilməsi və toplanması sahəsində müəyyən işlər görmüşdür.
|