Microsoft Word Materiallar Full


- “Şəhriyar məktəbi”nin təsiri



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə402/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   398   399   400   401   402   403   404   405   ...   1149
2- “Şəhriyar məktəbi”nin təsiri: 

1952-ci il  Novruz bayramı  ərəfəsində M. H. Şəhriyar (1905-1988) öz xalqına  " Heydərbabaya salam” adlı bir 

əbədiyaşar  bayramlıq vermişdi. Həcmcə kiçik, məzmunca  çox böyük olan bu poema tezliklə dillər  əzbəri olmuş, 

ümumxalq rəğbəti qazanmış, türkdilli ölkələrdə geniş yayılmış, qısa müddətdə çox dillərə  tərcümə olunmuş, az zamanda 

ona mahnılar bəstələnmiş  və müxtəlif nəzirələr yazılmışdir.  Şəhriyarın “Heydərbabaya salam” və “Səhəndiyyə”si 

Azərbaycan  ədəbiyyatı ocaqlarından olan Zəncan  ədəbi mühitində geniş  təsirlər yaratmış, milli hissi ortaya çıxarmış, 

qayıdış  hərəkatını gücləndirmiş, ölkənin  ədəbi tarixində dönüş nöqtəsi olmuşdu. Biz ən önəmli nəzirələrdən Prof. 

Qülamhüseyn Bəydili,  Əbdülvase  Şəhidi, Hüşəng Cəfəri, Hüseynəli  Şahab və  Məhəmməd Münzəvinin  əsərlərinin adını 

çəkə bilərik.  

3-Lirik şeir: 

Hər bir ədəbiyyat öz ətraf mühiti və o mühitdə yaşayan yaradıcılar ilə qarşılıqlı  təsirdədir. Güney bölgələr ilə  sıx 

əlaqədə olan Zəncan  ədəbi mühiti isə Müasir Cənub Azərbaycan  şairləri ilə rabitədədirlər. Zəncanın çağdaş lirikasında 

Ərdəbilli Səhər xanım, Təbrizli Kərim Məşrutəçi və Həbib Sahir (1903-1985) yaradan izləri çox şairlərin əsərlərində görə 

bilərik.  İndi bu sahədə  Pərviz Sudi və  Əli Kərimi kimi güclü qəzəlçilər duyğulu ifa və  dərin düşüncə daşıyan  qəzəllər 

yaradaraq lirik şeirdə yeni təcrübələr yaratmaqdadılar.  



4-Yeni şeir: 

İranda türk-fars ədəbiyyatının qovuşuq nöqtəsi olan Zəncan ədəbi mühiti iki mühitlə qarşılıqlı təsirə malikdir. Misal 

üçün biz iki dildə yaranan ədəbiyyatın təsirini bu bölgədə görürüksə, farsca yeni qəzəlin zirvəsində olan Zəncanlı Hüseyn 

Münzəvi və Həkim Hidəcinin izlərini ümumiyyətlə İran və özəlliklə güney poeziyasında şahid ola bilirik. Zəncan şairiləri, 

Tehranda daha çox fars üslubu olan nimayi və sərbəst şeirdən yaralansalarda, Təbrizdə yaranan Tağı Rüfət məktəbindən və 

Həbib Sahir şeirlərindən bəhrələnsələr də, XX əsrin sonunda yeni təcrübələr qazanmaqla, özlərinə məxsus izlər qoymaqla 

Güney  şairlərinin ilham mənbəyinə çevrilməkdədilər. Ölkədə  gənc  şairlərin ocağı olan sərbəst və nimayi şeir geniş 

yayılaraq Əlirza Bazərqan, Əlirza Sultani, Nəstərən Vüsuqi, Seyid Heydər Bayat və Nəsim Cəfəri kimi şairlərin yaradıcılığı 

ilə zirvələrə doğrulmaqdadır.  


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   398   399   400   401   402   403   404   405   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin