1-Klassik üslubda yaranan şeirlər:
Zəncan ədəbi mühitində ənənəvi şeirin ilk örnəklərinə Xəlil Şirvanının “Nüzhətul-məcalis” adlı təzkirəsində
rastlaşırıq. Bu kitabda IX və XI əsrlərdə yaşayan ədəbi simalardan Sədr, Tac və Utanc Zəncanidən bir sıra şeirlər gəlib
günümüzə çatmişdır. Bu ədəbi mühitdə əsrlər boyu çoxlu şairlər klassik üslubda dəyərli əsərlər yazıb-yaradıblar. Çağımıza
qədər gəlib çatan bu şeir cərəyanı hələ də işlək olaraq müasir şairlər tərəfindən yaranmaqdadır. Müasir dövrdə Zəncanda
klassik üslubda yazan şair çox olsa da, onların ən önəmli nümayəndələri Məhəmməd Hidəci, Xaksari Əbhəri, Əmir Xosröv
Darai və Hüseyn Münzəvidir. Lakin, indi ənənəvi üslubda olan əsərlərin çoxu zamana uyuşmadan, oxucu tərəfindən qəbul
edilmir və qəliz, quru, və yeknəsəq olduğundan ədəbi pasport ala bilmir. Şair zamanın həqiqi həkimi kimi, yeni xəstəliklərə
yeni resept yazmalıdır. Şair yeni məzmun yaratmasa, yeni şövq paylamasa, adı ürəklərdə və əsəri tarix səhifələrində qala
bilməz.
Dostları ilə paylaş: |