II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
237
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Tənqidçi M.K.Ələkbərli “Azərbaycan ədəbiyyatı” kitabında şairin “Padşahi-mülk” qitəsini xüsusi qiymətləndirirək
şairin burada “fütuhat hərəkətini və feodalların tendensiyalarını” ifşa etdiyini, nüfuzlu bir baxışla gələcək sarsıntıları
gördüyünü yazırdı. Vaxtilə böyük alim B.Çobanzadə də “Füzuli və onun yeri” adlı məqaləsində bu qitənin, eləcə də şairin
yaradıcılığından bəzi nümunələrin mükəmməl şərhini vermişdi.
M.K.Ələkbərli şairin əsas yaradıcılıq, şeir forması olan qəzəllərinin usta bir sənətkarlıqla yazıldığını, bu gün də geniş
xalq kütləsi tərəfindən sevilə-sevilə oxunduğunu bildirirdi. Tənqidçi şairin dünya şöhrətli poeması olan “Leyli və Məcnun”a
xüsusi önəm verərək yazırdı ki, “Leyli və Məcnun” adlı dahiyanə əsərində Füzuli qadın və erkəklərin bərabər hüquqda
olmasını təbliğ edir və zamanının bütün mürtəce ənənələrini ifşa edir. Böyük bir sənətkarlıqla verilmiş Leyli və Məcnun
obrazları dünya ədəbiyyatı tarixində uzun müddətlər yaşayacaqdır”.
Mühacirət ədəbiyyatşünaslığımızın görkəmli nümayəndəsi M.B.Məmmədzadə “bir türk milliyyətçisi” adlandırdığı
böyük Füzulinin “tikandan gül çıxarmaq” surətilə türk şeir və ədəbiyyatında açdığı “novbahar”ın saçdığı rayihələrin
Azərbaycanda bütün lətafətilə hər zaman duyulmaqda olduğunu bildirirdi.
Mövlana Məhəmməd Füzulinin yaradıcılığı haqqında bunu demək kifayət edər ki, onun bir qəzəli bütün külliyyatıni
ehtiva edəcək qədər geniş, lakin bütün külliyyatı bir qəzəlinin şərhinə yetərsizdir. Belə bir bədii irslə bağlı 1930-cu illər
ədəbi tənqidimizin görkəmli nümayəndələrinin fikirlərinin, şərhlərinin araşdırılması bu gün üçün də gərəkli, aktualdır.
Dostları ilə paylaş: |