Microsoft Word Materiallar Full


AVESTA MƏTNLƏRİNİN TOPLANMASI VƏ TƏDQİQİ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə394/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   390   391   392   393   394   395   396   397   ...   1149
AVESTA MƏTNLƏRİNİN TOPLANMASI VƏ TƏDQİQİ 

 

Arzu XASIYEVA 

 

AMEA, Şərqşünaslıq İnstitutu 



arzu.aydin@mail.ru 

 

“Müqəddəs yazılar “ olaraq adlandırılan Avesta ( orta fars dilində Apastak) Zərdüştlərin ideologiyasıının ümumi 

məcmusunu verən müqəddəs kitabıdır. Avesta mətnləri avesta və ya avestan adlı xətt ilə yazılmışdır. Artıq e.ə.I minillikdə 

bu dil ölü dil hesab olunurdu. Qeyd edək ki, Avesta əlifbası kahinlər tərəfindən müqəddəs mətnlərin yazılması üçün e.ə. IV 

və VI əsrlərdə yaradılmışdır. 21 nəsk kitabı e.ə. 522-486-cı illərdə hökmranlıq edən  Əhəməni kralı I Daranın babası 

Viştasba (Güştasb, Gərşasb) verildi, kral Viştasb və ya Dara Darayan müxtəlif yerlərdə gizlədiləcək iki əlyazma hazırladır. 

Ancaq Makedoniyalı İskəndər e.ə. 331-cü ildə Persepola hücum edərək  ölkəni viran edir və avesta mətnlərinin hamısının 

yandırılmasını əmr edir. Belə güman olunur ki, Avestanın mətnlərinin yenidən bərpası  Parfiya çarı Vuləxş I ( Vologeses)  , 

Vuləxş VI dövründə baş verir. Məhz onlardan sonra şifahi  şəkildə mövcud olmuş  mətnlərin yazıya köçürülməsi  ənənəsi 

yaranır.  Əhəmənilər dövründə isə Avesta mətnləri 12 000 inək dərisi üzərinə  qızıl xəttlə yazılır. Bəzi  əfsanələrdə qeyd 

olunmuşdur ki, guya İskəndər  əmr edir ki, həmin mətnlər  əvvəlcə yunan dilinə  tərcümə olunsun və daha sonra orijinal 

mənbə məhv edilsin.  

III və IV əsrlərdən sonra isə Avesta yaddaşlardan yazıya alınır. Avesta mətnləri yaddaşlardan toplandıqda bir növ 

folklor abidələrini xatırladırdı. Belə ki, yalnız dini mətnlər deyil, qəhrəmanlıq, təbabət və s. sahələrə aid mətnlər də bu 

abidələrə  əlavə olunurdu. Bu mühüm cəhd nəticəsində Avestanın  ən mühüm hissəsi Videvdad tamamlanır. Müqəddəs 

mətnlərin bərpası işi Sasani şahı I Ərdəşir, I Şahpur, və I Xosrov Ənuşirəvan dövründə də davam etdirilir.  

Arşakilər dövrünün yazılı mətnlərində göstərilir ki,  Avesta mətnlərinin toplanmasında kahin Tansarın ( Tusar) böyük 

rolu olmuşdur. I Ərdəşir Babəkanın vəziri olan Tansarın məsləhətinə əsasən əldə olan mətnlər saraya gətirilir və Tansar bu 

mətnləri saxta və  əsli olmaqla qruplaşdırır. Kartir ( Kirdar) isə ensiklopedik mənbə yaratmaq üçün Avestaya təbabət, 

astronomiya, coğrafiyaya aid məlumatları daxil edir. Zərdüşt mətnlərinin tərtibi və oradakı qanunlara əməl olunması işində 

atılacaq ilk addım “kahinlər kahini”ni təyin etmək idi və bu məqama layiq görülən ilk şəxs əfsanə və rəvayətlərə əsasən II 

Şahpur dövründə Aturpat Məhrəspəndan oldu. Növbəti kahinlər kahini Kartir idi. ( əgər Tansar Kartirin vəzifəsinə  təyin 

edilmişdirsə o, ikinci kahinlər kahini idi və  əgər təyin edilməmişdirsə üçüncü kahinlər kahini hesab olunur.) Mətnləri 

qaydaya salmaq işində mövcud cəhdlərə baxmayaraq, İran və Hindistanda yaşayan zərdüşt icmalarının nəql etdiklərindən 

savayı digər bir hissə bizə gəlib çatmamışdır.  

Avestanın  ən son mətni tərtibi isə I Xosrov Ənuşirəvan ( 531-579) zamanında baş verir. Avesta haqqında geniş 

məlumatları əhatə edən “Dinkerd”də bu haqda qeyd mövcuddur. Əldə olan ən qədim Avesta mətninin 1278-ci il tarixinə aid 

olduğu fikrinə dünya avestaşünasları  gəlmişlər.  Avesta mətnləri nəsk (kitab, hissə)  şəklində  mövcud  idi.  Bu  nəsklərin 

sayının 21 olduğunu zərdüştlük duaları olan “ Ahura varya”ya əsasən demək olar. Ancaq Dinkerddə bu nəsklərin 3 ədəd 

olduğu göstərilir: 1) qasanik 2) hadag-mansərik 3) dadik.  

1287-ci ildən etibarən isə Avesta mətnləri tam bütöv bir şəkildə elm aləminə  məlum olur.  Ancaq qərb dünyası bu 

mətnlər ilə XVII əsrdən maraqlanmağa başlayır. 1630-cu ildə Henry Lord “ The Religion of Parsees” ( Farsların dini) adlı 

tədqiqat işini tamamlayıb çap etdirir. 1734-cü ildə isə Anketil Düperron Avestanın “Vendidad” mətnlərinin tədqiqi ilə 

məşğul olmaq üçün Hindistana yola düşür və bu mətnlərin tərcüməsi ilə ciddi məşğul olur, 1771-ci ildə Parisda fransızca 

tərcümədə çap olunur. Günümüzə çatan Avestanın tərkibi isə  “ Videvdad” , “Visperad” , “Yasna”, “Yəşt” , “Xorde Avesta” 

, “ Siruza” hissələrdən ibarətdir.  





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   390   391   392   393   394   395   396   397   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin