Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə392/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   388   389   390   391   392   393   394   395   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

233 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

         Həkimin mənə etdiyi çarəsində. 

         Bəzən baş tutmayan  şeirmin 

         Dağılmış divarlarının xarabasında, 

         Bəzən söz yarışında. 

     …Elə saatım var ki, ağac olub 

                   Bir dost bağında,      

          Hər dəqiqəsi bir meyvəyə dönüb 

                    Göy budağında. 

          Boynuna qol salıram saatımın 

                     Otururam ömrümün 

                     Bir parçasının kölgəsində; 

          Düzürük qızıl yanaqlı dəqiqələri 

          On dörd günlük ay-boşqaba, 

                      yeyirik şirin-şirin. 

“...Beləliklə, altmışıncı illərin poeziyası sözün yeni ifadə çalarlarını, obrazlı deyim tərzinin rəngarəng üsullarını 

aşkarladı. Məlum oldu ki, «sevgi toranı»  ola bilərmiş, «ölüm sözünün polyar qışı» o qədər də əcaib ifadə deyilmiş, necə ki, 

insan anının bir dost bağında ağaca dönməsi  kimi    (Əli Kərim)…Məlum oldu ki, yağış gölməçəsinə    «sərçələrin soyuq 

hamamı» demək  (İsa İsmayılzadə) heç də qəbahət sayılmamalıdır. Hətta «milyon kilometrlərlə ömür sürmüşəm» (Ə.Kərim) 

ifadəsi də diqqət yetiriləndə anlaşılmaz və mücərrəd deyil. Sadəcə olaraq, stereotip təfəkkürdən xilas olub, əşyalar və 

hadisələr arasında ilk baxışda nəzərə çarpmayan bu bənzəyişləri görmək və duymaq lazımdır. O zaman gənc  şairlərdən 

F.Qocanın, F.Sadığın, İ.İsmayılzadənin, Ə.Salahzadənin şeirləri haqqında da dumanlı ifadələr, qərəzli sözlər işlədir, onları 

tutduqları yoldan çəkindirmək istəyirdilər.” (4, 190)  

Modern şeir, tədqiqatçıların təsdiq etdiyi kimi, heç də maksimum dərəcədə köhnə təsvir üsullarından, gerçəkliyi şablon 

yolla  əks etdirməkdən imtina etmək demək deyildir. Bu proses onsuz da milli ədəbiyyatın inkişafında üzə  çıxır, yəni, 

hardasa onun immanent xüsusiyyətidir. Bu, hər şeydən qabaq köhnə ənənəni, mövcud poetik sistemi inkar etməklə dünyaya, 

gerçəkliyə yeni münasibət sərgiləməkdir. Bu proses bizim poeziyada klassik şəkildə getməmişdir, biz yalnız onun bizim 

ədəbiyyata bu və ya digər dərəcədə təsirindən bəhs edə bilərik.  

60-80-ci illər poeziyasında Nazim Hikmətin birbaşa təsirindən çox, yuxarıda qeyd etdiyimiz kimi, ondan dərs almaq, 

ümumiyyətlə poeziyanı  ən mükəmməl nümunələr  əsasında öyrənmək cəhəti daha qabarıq idi. Əgər Nazim Hikmətin 

şeirində hissin, duyğunun təbii, azad axışını yaratmaq, qəsdən heç bir fikir ifadə etmədən, daha doğrusu fikir, mühakimə 

qəlibləri təklif etmədən söz demək... əsas idisə, 60-80-ci illərdə ədəbiyyatda imzalarını təsdiq etmiş Azərbaycan şairləri bu 

“modelin” üzə  çıxmayan tərəflərini, perspektivdə olan komponentlərini qurmağa çalışırdılar və  əksər hallarda buna nail 

olurdular. Məsələn, 



Seviyorum seni 

ekmeği tuza banıp yer gibi 

Geceleyin ateşler içinde uyanarak 

ağzımı dayayıp musluğa su içer gibi 

Ağır posta paketini 

neyin nesi belirsiz 

telaşlı, sevinçli, kuşkulu açar gibi 

Seviyorum seni 

denizi ilk defa uçakla geçer gibi 

İstanbul’da yumuşacık kararırken ortalık 

içimde kımıldayan birşeyler gibi 

Seviyorum seni 

Yaşıyoruz çok şükür der gibi.  

Təsdiqdə adətən rus şairi Xlebnikova bənzədilən  Ələkbər Salahzadənin  şeirlərində yuxarıda ifadə etdiyimiz 

mülahizənin təsdiqini görürük. Şair Nazim Hikmətin poetik sisteminə başqa bir yöndən yanaşaraq, onun “yaddan çıxardığı” 

cəhətləri qabardır. Ümumi, geniş havanın içində bir komponenti seçərək poetik vurğunu onun üzərinə salır və  nəticədə 

insanın dünya haqqında təsəvvürlərini genişləndirən Nazim Hikmət modelinə gəlir. «Saz» şeirinə diqqət yetirək: 

        Sinəsindən yuxarı, 

        sinəsindən aşağı 

        axır gümüşü çaylar; 

bir teli Kür, 

        bir teli Araz, 

bir teli Samur, 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   388   389   390   391   392   393   394   395   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin