II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
230
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
olur ki, bu ayda toy-düyün sədası eşidilmir. Lakin may ayında döğulanlar, ad günü keçirənlər, ailə quranlar da az deyil.
Xalq arasında apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, may ayında toy edənlər, xeyir iş görənlər heç bir pis
hadisə ilə qarşılaşmayıb. Bəs nə üçün bu ayda toy şənliyi keçirmək olmaz?.
Doğrusu, bu barədə kimlərdən soruşduqsa, cavablar müxtəlif və mübahisəli oldu. Kimi “may ayının” “ağır ay”
lduğunu söylədi, kimi may ayının “çiçək ayı ” olduğunu vurğuladı, kimi də bunun heç bir məntiqi əsası olmadığını söylədi.
Bəzi ağsaqqallarımız bu ayı ruzi-bərəkətin əsasının qoyulması ilə əlaqələndirib onu körpə uşağa bənzətdilər. Söylədilər ki,
körpə uşaq heç bir təməl qoya bilməz. Ona görə də bu ayda ailə kimi çox vacib bir ictimai qurumun da təməli
qoyulamamalıdır. Bu səbəbdən də bu ayda qurulan ailələr ya xöşbəxt olmur, ya da həyatları çətinliklər içərisində keçir.
Azərbaycanda may ayında toy keçirmək dəb deyil. "May ayı gəldi, toylardan canımız qurtardı". “May boş aydır”.
Səbəb nədir? Stereotip, tibbi faktorlar, yoxsa dini inanc?
Bəlkə səbəb yasəmənin çiçəkləməsi, yağışların yağması, yoxsa mayın bərəkətsiz ay olmasıdır?
Hesab edirik ki, may ayı müsəlman dünyası üçün ən gözəl uğurlu aylardan biridir. May ayı ilə bağlı insanlar arasında
maarifləndirmə işləri aparılmalıdır. İnsanlarda psixoloji gərginlik yaratmaq lazım deyil ki, mayda toy etmək olmaz və s.
Lazımsız, mənasız, əssasız fikirlərdən uzaq olmaq lazımdır. Bu ayda toy etməməyin heç bir elmi əsası yoxdur. Mart, aprel
və may aylarında təbiət oyanır. Sadəcə olaraq, bəzi düzgün olmayan inanclar var. Məsələn, “may ayı çiçək tökən aydır”,
“bu ay yağışlı olur” və s. Bütün bünlar insanların mənəviyyatına, psixixasına çökərək onların may ayından ehtiyat etməsinə
gətirib çıxarmışdır.
Romalılarda, ruslarda belə bir fikir var ki, “v maye budeş mayatsa”. Yəni mayda əziyyət çəkəcəksən. Bu da
xristianlığın ənənələri ilə bağlıdır: guya ki, mayda evlənənlər ağ günə çıxmırlar. Bu sözün heç bir mənşəyi, kökü yoxdur.
Ruslardan keçdiyi üçün bizim adət-ənənəmizlə bir bağlılığı yoxdur. Hesab edirik ki, may ailə qurmaq üçün düşərli aydır.
May ayı çox düşərli ay hesab olunur, may ayı iyuldan da, avqustdan da ruzulu aydır. Mayda təbiət canlanır, ağaclar çiçək
açır, havalar isinməyə başlayır. Deyirlər ki, bu çağ qan qaynayan vaxtdır. Bu zaman ağacların çiçəkləri küləyin, arıların,
müxtəlif həşəratların vasitəsilə tozlandırılır, mayalandırılır. Həmçinin canlıların-quşların, heyvanların da cütləşərək nəsil
artırdığı, bala verdiyi bir dönəmdən söz gedir. Belə olduğu təqdirdə nə üçün insanlar da bu ayda izdivaca girməsin, ailə
qurmasın, toy etməsin?
Əvvəllər, bu ayda tarla-bostan və bağlarda çalışanların işi çox olurdu. Toy barədə düşünmək imkanı yox idi. Digər
tərəfdən toy süfrə ilə bağlı olan bir mərasimdir. Hər kəs istəyir ki, toy süfrəsi müxtəlif nemətlərlə zəngin olsun. Lakin may
elə bir aydır ki, kecən ilin ehtiyatları artıq tükənmişdir, yeni meyvə və tərəvəzlər isə hələ yetişməmişdir. Əlbəttə ki, söhbət
ildə bir neçə dəfə torpaqdan məhsul götürən isti ölkələrdən getmir. Hal-hazırda bizim xalqımız üçün də, ərzaqla bağlı
problem yoxdur. Müxtəlif ölkələrdən il boyu ölkəmizə hər cür məhsullar gətirilir. Bu ayla bağlı yaranmış inanclardan birinə
görə mayda toyların olmamasının səbəbi yasəmənin çiçək açmasıdır.Yasəmən qədimdən bəri uğursuzluq simvolu sayılır.
Bunu isə gülün adı ilə bağlayırlar. Necə deyərlər, yasəmən çiçəyinin mənası "ya sən, ya mən" deməkdir.Yəni həmin vaxtda
toy eləsən ya sən qalarsan, ya mən. Ona görə də bu dövrdə toy etmək düzgün deyil, yasəmən uğursuzluq gətirir. Bu fikrə
qatılan insanlar may ayında xeyir-bərəkət olmadığını, tez-tez yağışlar yağdığına görə təbiətin ağladığını, uğursuz gül hesab
edilən yasəmənin bu ayda çiçək açdığını əsas gətirərək bu ayı ağır ay hesab edir. Heç bir tarixi və mistik əsasını bilməsək
də, ölkəmizdə may ayında toy keçirilməməsi adət halını almışdır. Bundan başqa, may ayında xeyir-bərəkət olmadığı da
sadalanan səbəblər sırasındadır. Fikir vermisızsə, xüsusən kənd yerlərində insanlar toyu payız ayına, məhsulun bol vaxtına
salırlar. Bu da toyun ucuz başa gəlməsinə, yeni qurulan ailənin bərəkətli olmasına dəlalət edir. May ayında çoxlu yağışların
yağmasını insanlar sanki, təbiətin ağlayan dövrü kimi xarakterizə etmişlər.Təbiət aglayarkən insanlar şadlıq etmək
istəmirlər. Lakin toyların olmamasının bir səbəbi də odur ki, may ayında maygülü adlı bitki çiçək açır və may ayında da
solur. Bu fikrə əsaslanan gənclər keçmişdən bəri may ayında evlənməkdən imtina edirlər. Bu fikrə qatılanlar, maygülü
çiçəyi kimi sevgililərinin də tez solmasını istəmirlər. Lakin bu çox yalnış mövqedir. Əgər “maygülü” mayda açıb mayda
solursa bunun ayla bir bağlılığı yoxdur, bunu insanın bir gün dünyadan köçməsi ilə də əlaqələndirmək olmaz. Görülən hər
xeyir işin içində bir şər, hər şərin içində isə xeyirin olması faktdır.
Keçmişdən bu günümüzə qədər gətirilən bu qəribə adətə kortəbii şəkildə hər kəs əməl edir. Ancaq bunun hansı
əsaslara söykəndiyini araşdırıb, bu “ağır ay“ sindromunu qıran yoxdur. Bu tip inancların səbəbi sadəcə olaraq özünə
inamsızlıqdır. "Şər deməsən xeyir gəlməz" kimi atalar sözü yuxarıda qeyd etdiyimiz fikirlərlə vəhdət təşkil edir. Şər desən,
şər gələr, xeyir desən xeyir.
Tədqiqatçılarımız ona işarə edir ki, mayda toy etməmək ruslardan, bir sözlə xristianlardan bizim xalqımızın adət-
ənənəsinə keçmişdir. Ona görə də may ayında toy olmamasını qondarma bir ənənə hesab edirik. Bu heç də milli adət-
ənənədən irəli gələn bir inanc deyil, daha çox rus mentalitetinə xas xüsusiyyətdir. Biz də uzun müddət rusların əsarəti
altında yaşadığımıza görə, bu adət dolayısı ilə bizim də xalqımızın məişətinə keçmişdir. “May (lat.Maius)- Qriqori
təqvimində ilin 5-ci ay (31 gün) Roma ilahəsi Mayanın adından götürüldüyü güman edilir.(1. 303) ”Rus dilində “mayeta”,
“mayetnıy”, “mayatsya” sözləri var. Mayatnıy- əzablı-əziyyətli- yorucu- üzücü deməkdir. Rusların inancına görə, toyu
mayda olanlar ömür boyu əziyyət çəkəcəklər. Lakin başqa səbəblər də toyların mayda keçirilməsinə mane olurdu. Həm də
təkcə ruslarda, xristianlarda yox, başqa xalqlarda da may ayında toy keçirilmir. “Ovıdiyin romalıların nikahının may ayına
|