Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə387/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   383   384   385   386   387   388   389   390   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

228 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

 

 



 

 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

229 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

AZƏRBAYCAN ƏDƏBİYYATI 

 

 

EKSKURSİYALARIN,  ŞAGİRDLƏRİN  EKOLOJİ 

DÜNYAGÖRÜŞÜNƏ  TƏSİRİ 

 

Aygün NOVRUZOVA 

Bakı Slavyan Universiteti 



muradovserxan@mail.ru 

 

Bildiyimiz kimi bir sıra pedaqoji ədəbiyyatlarda, xüsusilə  də müəllim hazırlığına həsr olunmuş elmi tədqiqatlarda, 

görkəmli Çex alimi pedaqoji elmlər üzrə mütəxəssis Y.A.Komenskinin bu sahədə apardığı araşdırmalardan, elmi faktlardan 

və  əldə etdiyi nəticələrdən bəhs olunur. O, özünün bir çox əsərlərində  əyaniliyi pedaqoji prosesin “qızıl qayda”sı 

adlandırmışdır. Çünki, hələ təfəkkürləri formalaşmamış, eyni  zamanda elmi nəzəriyyələri dərk etməkdə çətinlik çəkən kiçik 

yaşlı şagirdlərin bilik bacarıq və vərdişlərinin inkişaf etməsində, yalnız əyanilik prinsipindən istifadə etməklə müvəffəqiyyət 

əldə etmək olar. Qeyd edək ki, ekskursiyaların təşkili məhz  əyanilik prinsipinin tərkib hissələrindən biridir. Mövzumuz 

ekoloji dünyagörüşü ilə  əlaqədar olduğundan, ekskursiyaların, məhz ekoloii sahədə  şagirdlərin  əldə etdiyi biliklərə  nə 

dərəcədə təsir etdiyini və hansı nəticələrin əldə olunduğunu araşdıracağıq.  

Məlum məsələdir ki, dünyada iqtisadiyyatın, texnikanın, istehsalın inkişafı  ətraf mühitin vəziyyətinin pisləşməsilə 

müşayət olunur. Bizim cəmiyyət ekoloji problemlərin həll olunması üçün ilk addımlar atır. Bu gün insan tərbiyəsinin 

formalaşmasında bir sıra dəyişikliklərin olması, təbiət ilə insan arasındakı münasibətlərin deformasiyası, təbiətə yalnız 

müştəri gözü ilə baxmaq, insanlarda ekoloji mədəniyyətin və məsuliyyətin olmaması tərbiyə prosesinə yeni yanaşmaların 

daxil edilməsini tələb edir. Ümumtəhsil sisteminin müasir mərhələdəki inkişafında  ətraf mühitin təmizliyi uğrunda 

mübarizəyə hazır olan, onu qoruyan və zənginləşdirən məktəblilərin ekoloji tərbiyəsi xüsusilə böyük əhəmiyyət kəsb edir.  

Mövcud pedaqoji ədəbiyyatlarda ekoloji tərbiyə üzrə  iş formalarından biri də ekskursiyalardır. Gəlin,  əvvəlcə 

ekskursiya sözünün mənasına diqqət yetirək. Ekskursiya (excursio, latın dilindən tərcümədə  mənası “gəzinti”, “səfər” 

deməkdir). Maraq doğuran bölgələrə maarifləndirici, elmi, idman və ya istirahət məqsədilə  tək və ya kollektiv şəkildə 

baxışın təşkil edilməsidir. Ekskursiyalar tək və ya xüsusi təşkilatın rəhbərliyi ilə təşkil edilə bilər. Eyni zamanda obyektlərin 

seyr edilməsi də həm tək, həm də xüsusi bələdçilinin köməkliyi ilə həyata keçirilə bilər. Təbiətə ekskursiya adətən, ibtidai 

siniflərdə “Həyat Bilgisi” fənninin tədrisi zamanı proqramda nəzərdə tutulmuş materiallar əsasında həyata keçirilir. 

Şagirdlərdə dünyanın, o cümlədən Azərbaycanın zəngin fauna və florası haqqında geniş təsəvvür yaratmaq, respublikamızın 

ekoloji durumu haqqında, Xəzər dənizi, dünyanın digər su hövzələri, suda yaşayan canlılar haqqında daha ətraflı məlumat 

toplamaqda ekskuriyaların əvəzedilməz rolu vardır. 

Republikamızda məhz ekoloji maarifləndirmə ilə əlaqədar xüsusən aşağıdakı sahələrə ekskursiyaları təşkil etmək olar: 

ilk növbədə məktəbdaxili ekskursiya əsasən laboratoriya otaqlarına, zoologiya, biologya fənnlərinin tədris olunduğu xüsusi 

otaqlara, məktəbin həyətinə (bağına) və s. təşkil etmək  olar. Məktəbdən kənarda isə  zooparklara, dendrari adlanan botanika 

bağlarına, müxtəlif əşyaların (geyim, məişət, texnika, nəqliyyat və s.) hazırlandığı  zavod və fabriklərə və s. yerlərə ekskur-

siyaların təşkili, ibtidai sinif şagirdlərinin dərslikdə tanış olduqları ekoloji anlayışların daha dərindən mənimsədilməsində və 

inkişaf etdirilməsində, eyni zamanda uzun müddət yadda qalmasında həlledici rola malikdir. Aparılan təhsil islahatlarının 

gələcəkdə yuxarıda sadalanan tədbirlərin daha geniş  şəkildə  həyata keçirilməsinə,  şagirdlərlə respublikamızın digər 

rayonlarına ekskursiyaların təşkilinə, o cümlədən dünya turuna çıxmağa həm maddi, həm də  mənəvi cəhətdən dəstək 

olacağına və müsbət nəticələrin əldə olunacağına ümid edirik.   

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   383   384   385   386   387   388   389   390   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin