II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
231
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
təsadüf etməməsi haqqında fikirləri vardır. O qeyd edir ki, may ayında daha çox yas mərasimləri keçirilərdi. Buna
misal olaraq bir şeirin məzmununda göstərilir ki, cavan qızlar və dul qadınlar bu mövsümdə ailə qurmaqdan
çəkinirdilər. Çünki may ayında evlənmək ” gənc yaşında ölümə yaxınlaşdırır. Ona görə də xalq arasında belə bir məsəl
var. “ Yalnız pis, zülümkar qadınla may ayında evlənə bilərsən “ kimi inanc xalq adətinə daxil olmuşdur. İngiltərədə bu
günə kimi belə bir inanc vardır ki, may ayında olan kəbin və yaxud qurulan ailə bədbəxtliklə nəticələnir.(2.66)
Azərbaycanda may ayında toy edilməməsi ənənəsi rusların və ermənilərin Azərbaycana gəlişindən sonra başlanıb. Səbəbkar
ruslar və ermənilərdir. Çünki ruslar, eləcə də ermənilər arasında da bu ayın uğursuzluğu ilə bağlı mif var. Mayya Yunan
mifologiyasında dağ nimfasıdır (dağ pərisidir), Atlant Pleymonanın yeddi qızından böyüyüdür. Arkad dağının mağarasında
Mayya Zevslə izdivaca girmiş, ondan Hermes adlı oğlu doğulmuşdur. Mayya adının mənası “Ana” və ya “Süd anası”dır. Bu
onun əmizdirmək və tərbiyə etmək funksiyasına işarədir. Belə ki, Mayya Zevsin Pəri Kallıstodan olan oğlu Arkadi tərbiyə
etmişdir. Mayya bacıları ilə birlikdə ulduzlara çevrilərək göydə eyni adlı bürcü yaratmışdır. Romalılar bu Pərini İtaliya
ilahəsi Mayya və ya Maesta ilə eyniləşdirirdilər. Bu İlahə məhsuldar torpağın himayədarı hesab edilirdi. Mayın birində
ona qurbanlar kəsilərdi. May ayı Roma təqvimində həmin İlahənin şərəfinə adlandırılmışdır. (3. 82)
Sosioloqların sözlərinə görə, may aralıq ay sayılır. Bu ay iki fəsil arasında keçid ay rolunu oynayır. Həm yayın, həm
də yazın xüsusiyyətlərini özündə birləşdirir. Bu iki fəslin gözəlliyini özündə birləşdirən may ayı haqqında bu fikirləri irəli
sürmək çox yanlış olardı. Ümumiyyətlə, bu tilsimi qırmaq lazımdır.
Dinşünas alim Elşad Miri mayda toy keçirilməməsinin dinlə heç bir əlaqəsinin olmadığını bildirdir: “Düzü, bu
qadağanın haradan qaynaqlandığı haqda dəqiq məlumatım yoxdur. Heç islam dinində də hansısa ayın ağır və ya yüngül
olması kimi bir anlayış mövcud deyil. Hətta islamda Ramazan və Məhərrəmlik ayında belə toy keçirilməsinə icazə vardır.
Sadəcə, indiki toylarda spirtli içkilərdən də istifadə edildiyinə görə, adlarını çəkdiyimiz müqəddəs aylarda toy keçirilmir. Bu
heç də dini qadağadan irəli gəlmir. Sadəcə, insanlar bununla özlərinə bəraət qazandırmış olurlar. Ramazan ayı müqəddəs
ibadət ayı olduğuna və toy da islam dinində ibadət mərasimi kimi dəyərləndirildiyinə görə, bu ayda toy keçirmək heç də
günah sayılmır. Dinimizdə nə Ramazan, nə Məhərrəmlik, nə də may ayında toy keçirmək olmaz kimi bir qadağa yoxdur”.
Zabrat cümə məscidinin axundu Hacı Bəxtiyar da mayda toy keçirilməməsinin dinlə heç bir əlaqəsinin olmadığını
bildirdi: “İslamda may ayında toy etmək olmaz kimi bir qadağa yoxdur. İmam Hüseynin şəhadət günü gəlib düşüb may
ayına. Məhərrəmlik ayı maya düşəndə camaat toy eləməyib. Bu da bir dəfə baş verib. Amma dini baxımdan may ayında
xeyir işin keçirilməməsi ilə bağlı heç bir qadağa yoxdur. Məhərrəm ayı başqa aylara da düşüb. May ayına da. Bir il may
ayında Məhərrəmlik olub”. İnsanlar da elə başa düşürlər ki, mayda ümumiyyətlə toy keçirmək olmaz.
Fikrini öyrəndiyimiz astroloq Firudin Qurbansoy may ayının heç bir dini, psixoloji, astroloji əsasının olmaması ilə
bağlı maarifləndirmə işləri aparılmasının vacibliyini bildirdi: “May ayının toy etməməyə heç bir dəxli yoxdur. Toyu hansı
ayda istəsən, keçirə bilərsən. Hansı ayda olur-olsun, Allahın sənə qismət etdiyi ağıllı və ya ağılsız övladlar dünyaya gələcək.
Xristianlıqdan gələn adət-ənənələrə riayət etmək xalqımız üçün düzgün deyil. Xoşbəxtlik, tale Tanrının yazısıdır, heç bir
aydan, gündən asılı deyil. Ümumiyyətlə, xoşbəxtliyi ayla və ya havanın isti-soyuqluğu ilə ölçmək düzgün deyil. Xoşbəxtlik
hər kəsin öz əlindədir. İşində, gücündə, əməlindədir. May ayında dünyaya gələn insanların hamısı ağıllı, müdrik olurlar”
Ümumiyyətlə, mayda toyların keçirilməməsi xəbərlərini yaymaq doğru deyil. Əvvəlki illərə nisbətən bu ayda toyların
keçirilməsi xeyli çoxalıb. Həm fəsil, həm də ay baxımından mayda toy etmək yaxşıdır. Mən elə ailələr tanıyıram ki, toyu
may ayında olub, hazırda həmin ailənin üç övladı var, xoşbəxt də yaşayırlar. May ruzi-bərəkət ayıdır. Təbiətin ən gözəl
ayıdır. Bu ayda insanlar yavaş-yavaş bağ tədarükü görürlər. Bağda dincəlmək üçün ən münasib aylardan biri də may ayıdır.
Astroloq Səbuhi Rəhimli may ayında toy olmamasını “erməni soyqırımı“ ilə əlaqələndirdi: “Ümumiyyətlə, “mayda toy
qadağandır“ deyilən bir adət yoxdur. Nə dində, nə də astrologiyada belə bir qanunauyğunluq mövcud olmamışdır. Bu ənənə
qondarma erməni soyqırımı ilə bağlı yaranıb. Halbuki bu miflə gerçəklik bir-birinin əksidir. Erməni faktoruna gəlincə
düşmənlərimiz bu ayda özlərinin qondarma soyqırım hadisələrinə 40 gun yas saxlayırlar ki, bu da aprelin 24-dən başlayaraq
bütünlüklə may ayını əhatə edir. Həmin bu yasın əsas hissəsi may ayına düşür. Həmin “ənənə“ özümüz də bilmədən bizim
xalqın adətində hələ də saxlanılır. Başqa heç bir səbəb yoxdur. Tibbi və ya elmi cəhətdən də may ayında toy olmaması üçün
heç bir səbəb göstərilmir. Bu cahillik əlamətidir“. Bu ənənə aradan götürülməli, təbliği ilə məşğul olunmalıdır.
Azərbaycanda may ayında toy edilməməsi ənənəsi rusların və ermənilərin Azərbaycana gəlişindən sonra başlanıb.
Səbəbkar ruslar və ermənilərdir. Çünki, ruslar eləcədə ermənilər arasında da bu ayın uğursuzluğu ilə bağlı mif var.
Bütün bu faktlara əsaslanaraq belə nəticəyə gəlirik ki, may toy etmək üçün çox əlverişli bir aydır.
Dostları ilə paylaş: |