SEYİD HÜSEYNİN “AĞ AT VƏ AĞ ÇUXA” HEKAYƏSİ İLƏ SƏMƏD VURĞUNUN
“ASLAN QAYASI” POEMASINDA İQTİBASIN PARAMETRLƏRİ
Könül NƏHMƏTOVA
AMEA , Ədəbiyyat İnstitutu
konul.nehmetova@mail.ru
Azərbaycan ədəbiyyatı tarixində mübahisəli məqamlar vardır ki. hələ də öz həllini tapmamışdır. Bunlardan biri də
Seyid Hüseynin “Ağ at və ağ çuxa” hekayəsinin iqtibasmı, yaxud yazıçı təxəyyülünün məhsulu olmağının
müəyyənləşməsidir. Eyni zamanda, Səməd Vurğunun eyni bir süjet əsasında yazdığı “Aslan qayası” poemasının ədəbi
qaynağı dəqiqləşdirilməmişdir. Seyid Hüseynin “Ağ at və ağ çuxa” hekayəsi ilk dəfə 1920-ci ildə “Qurtuliş” jurnalının
ikinci nömrəsində dərc olunmuşdur. Səməd Vurğun isə “Aslan qayası” poemasını 1935-ci ildə qələmə almışdır. Hər iki əsər
haqqında günümüzə qədər elmi araşdırmalarda əfsanə əsasında yazılması ehtimalı mövcuddur ki, hələ də sübuta yetirilə
bilməmişdir. Lakin bu ehtimalı təkzib edən maraqlı məlumatlar əldə etmişik. Məmməd Rahimin “Xatirələr”ində və Səməd
Vurğunun “Aslan qayası” poemasında bu mübahisəli məsələyə aydınlıq gətirilir.
Səməd Vurğunun “Aslan qayası” poemasını Seyid Hüseynin “Ağ at və ağ çuxa” hekayəsi əsasında yazılmasını əsərlər
arasında müqayisə aparmaqla da isbat edə bilirik.
Dostları ilə paylaş: |