Microsoft Word Materiallar Full


ALTUN SƏLTƏNƏTİ CƏFƏR CABBARLININ GÖZÜ İLƏ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə436/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   432   433   434   435   436   437   438   439   ...   1149
ALTUN SƏLTƏNƏTİ CƏFƏR CABBARLININ GÖZÜ İLƏ 

 

Könül HEYDƏROVA 

Bakı Dövlət Universiteti 



konul_qalib@mail.ru 

 

Hər bir bədii  əsər müəyyən poetik gücə,  ədəbi dəyərə malikdir. Əsərin dəyəri onun bədii çəkisindən asılıdır. Onun 

bədii çəkisi isə özündə ehtiva etdiyi milliliklə, bəşəriliklə, milli idealın, milli xarakterin, milli düşüncə  tərzinin, milli 

psixologiyanın koloritiylə, bədii nümunələrdə milli-mənəvi idealların ifadəsi, milli-xəlqi ruhun əqli dərkdə ehtiva olunması 

ilə ölçülür. Əsəri dəyərləndirmək üçün onun daşıdığı ümumbəşəri ideyaların məcmusu,  əsərlərdə dövrün ictimai-siyasi 

fikirlərinin  əks olunması  və bunun milli oyanışa təsiri, bədii fikrin başlıca ifadə  tərzi kimi seçilməsi,  ədibin hansı  bədii 

çalarlarından istifadə etməsi və s. nəzərə alınmalıdır. 

Azərbaycan dramaturgiyasında həmişə aktual problem kimi qabardılan, sosial bəla kimi cəmiyyəti çuğlayan qadın 

hüquqsuzluğu və "pul hakimiyyəti" digər ədiblərimiz kimi əsərləri ümumbəşəri ideyalar daşıyıcısı olan müqtədir sənətkar 

C.Cabbarlının yaradıcılığında daha kolliziyalı şəkildə qoyulmuşdur. Onun yaratdığı qəhrəmanlar paklığı, mehribanlığı, altun 

səltənətinin puçluğunu, xəyanətin bağışlanmadığını təbliğ edirlər. Və cəmiyyətin saflaşması üçün mübarizə aparırlar.  

C. Cabbarlı əsərlərində sujet qurmaq, fərdi psixoloji xarakterlər yaratmaq yolunda çox çalışmış,  əsl peşəkar ustalığı, 

bədii texniki yetkinliyi, həyati konfliktlər, təbii monoloq və mükalimələr qurmaq məharəti göstərmişdir.  

Biz burada ölməz sənətkarın "Aydın" (1919) faciəsindən söhbət açacağıq. Həmin  əsərdə pulun, altunun əxlaqın, 

mədəni mühitin fəlakətinin baiskarı olması açılıb göstərilmişdir. Əsər müəllifin dəruni hisslərini əhatə etməsinə rəgmən çox 

təsirli və ardıcıl sujet xəttinə malikdir. Əsərdə baş  qəhrəman kimi verilən Aydın obrazı sosial mühitin eybəcər qəlibində 

formalaşmağa məruz qalan kasıb bir gəncdir. O öz idealı  uğrunda mübarizə aparmağa çalışır. Amma bu mübarizə 

düşünülmüş şəkildə, ardıcıl olmadığı üçün altun səltənətində qələbə qazana bilmir. Aydın var-dövlət sahibi olmaq, şöhrət 

qazanmaq istəyir. Amma yaşadığı mühit ona mane olur. Bu mühit onu və onun kimiləri "insan bilmir". Aydın  şöhrətin, 

varın harada olduğunu, onun yiyəsinin və açarının nə olduğunu çox gözəl bilir. Aydın düşünür ki, şöhrət və böyüklük qapalı 

bir еvdədir ki, yiyəsi altun, açarı təsadüf, qorucusu isə ölümdür. Cəmiyyətdə baş verən proseslərə güzgü tutan bu fikirlər 

tədqiq olunan dövrün ictimai xarakteristikasını aydın şəkildə əks etdirir. Bəli, altunun sahib olduğucəmiyyətin fikri hər şeyi 

altunla  əldə etməkdən, məğrurluğu altunla alçaltmaqdan, heç kəsə  əyilməyəni altuna səcdə etdirməkdən ibarət olacaq. 

Aydın şöhrətə sahib olmaq üçün altunların hökm etdiyi cəmiyyətlə mübarizəyə atılır və bu cəbhədə ilk qarşılaşdığı maddi 

cəhətdən ondan üstün olan Dövlət bəy olur.  




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   432   433   434   435   436   437   438   439   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin