II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
255
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
ictimai dəyərlərindən total imtina meyili Azərbaycanda, sözün həqiqi mənasında, ciddi ideoloji boşluq yaratmışdı. Əlbəttə,
cəmiyyətin ideyasızlaşdırılması meyili, bir tərəfdən keçmiş kommunist rejiminə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən
1991-1993-cü illərdə Azərbaycanı idarə edənlərin aydın məqsəd və məramının yoxluğundan, idarə etdikləri dövlətin siyasi,
iqtisadi, mədəni, mənəvi inkişafı haqqında dolğun təsəvvürə malik olmamasından irəli gəlirdi. Məhz Heydər Əlivevin
tarixi xidmətləri fonunda azərbaycançılıq məfkurəsinin formalaşması Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn
davamlı təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər
oldu. Çünki azərbaycançılıq məfkurəsi bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə
bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışın tarixi təcrübəsidir.
Biz Vətənini, dövlətini, xalqını sevən vətəndaş olaraq, bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya
dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan üçün
bu ideologiya, bu məfkurə mədəniyyətlərarası dialoqa mühüm bir körpüdür. Bu baxımdan da əminliklə qeyd etmək olar ki,
Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, sürətlə dünyaya inteqrasiya olunduğu indiki vaxtda UIu Öndər
Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş azərbaycançılıq məfkurəsinin milli-ideoloji plast olaraq dərindən tədqiqi,
onun dünya azərbaycanlıları arasında və bütövlükdə beynəlxalq miqyasda təbliği təkcə bu günün deyil, həm də sabahın
tələbidir.
Dostları ilə paylaş: |