Zülfə aid xüsusiyyətlərin mistik məzmunları
Zülf malik olduğu xüsusiyyətlərə görə hər zaman müxtəlif ürfani ifadələrlə müşayitə olunur: “xoş ətir-vüsala çatmaq
şövqü; saç tellərinin çoxluğu-ilahi yönləndiricilərin çox olmasının əlaməti; saç tellərinin incəliyi-seyrü-süluk yollatının
çətinliyi və incəliyi; saçın buğusu-süluk yolunun hamar olmaması; zülfün qaralığı-süluk yolunun qaranlığı, günah və azmaq;
zülfün uzunluğu-süluk yolunun sonsuz olması; zülf əyrisinin halqaları-təriqət mənzilləri; saçın dağınıqlığı, pərişan zülf-
aşiqin şövqü, istəyi və qərarsızlığı; yanağın ətrafındakı zülf-ilahi camalın kəbəsinin ətrafındakı çoxluq; zülfün yanağa yaxın
olması-çoxluğun əhədiyyət zatına yaxın olması; saçın yığılması-çoxluğun azalması və çoxluqdan xilas...”
|