Ürfanda qara işıq simvolu
Ürfanda ən sirli rəngin qara rəng olması heç bir şübhə doğurmur. Bəzən onu İblisin üzündə olan Allah nuru da hesab
etmişlər: “Bu şahidin zülfü, gözü və qaşı bilirsən hansıdır? Əfsüf, məgər ərşdə sənə qara nur təqdim eidlməyib? O, İblisin
nurudur ki, bu şahidin zülfünü onunla ifadə edirlər, ilahi nurla müqayisədə zülmətdir, yoxsa ki, nur olardı” (Təmhidat,
səh.119). Onlar həmişə dünya işlərindən üz çevirərlər, nəfsani istəklərinə qarşı mübarizə apararlar. Buna görə də öz
hallarına münasib rəng seçmələri lazımdır. Bu üzdən də özlərinə qara və göy rəngli paltar seçmişlər. Qara bəzən “küfr, şirk
və şəkk”i, bəzən də “zülmət və günahı” simvolizə edir.
Dostları ilə paylaş: |