II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
287
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Aşiq xəstə yatağında ona uğrayan lakin mərəzini tapmaqda aciz qalan təbibə dərdini anladıb xalqdan onu gizli
saxlamağı xahiş edir. Təbibdən mərəzini sağaldacaq dərman yox, onu düşdüyü bəlanın betərinə giriftar edən tədbirdə
bulunmağını istəyir.
Vaizin küfrün mənim rüsvaylığımdan qıl qıyas,
Onda sidq olsaydı, mən təqva şüar etməzmidim?
Dindarın dinsizliyi ilə mənim rüsvayçılığımı müqayisə etsən əgər onda sidq bağlılığı olsaydı mən də dinə qadağan
olunan bu nişandan əl çəkərdim. Əgər onun tutduğu yolda aşiqliyi, əqidəsinə bağlılığı həqiqət olsaydı gerçəyi görərdi.
Mənim aşiqliyimi rüsvayçılıq bilməzdi. Nə qədər ki, o bu yoldadı məni anlamayacaq, məni rüsvay biləcək. Mən də bu
“nişandan” əl çəkməyəcəm.
Orta əsrdə insanın-insana bağlılığı sevgisi, məhəbbəti şəriətə zidd hesab edilirdi. Füzuli bu “nişandan əl çəkərdim”
deməklə ona işarə etmişdi. Özünü “Quran ayəsi” kimi təmiz göstərib insani duyğuları şəriətə zidd hesab edən bundan öz
manafeləri üçün yararlanan əslində dinsiz, imansız din nümayəndələrini ifşa edir. Şair çox gözəl bilirdi ki, “Qurani-
Kərim”də, şəriətdə insanın, insana olan sevgisi, bağlılığı yasaq deyildir. Əksinə Allah insanları bir-birini sevməyə dost
olmağa çağırıdı. Din nümayəndələri insanın-insana olan sevgisini şəriətə zidd hesab etməklə özlərini ifşa edir, ariflər,
aqillər içərisində rüsvay olurdular.
Getdikcə hüsnün eylə ziyadə nigarımın,
Gəldikcə dərdinə betər et mübtəla məni!
Aşiq tanrıdan nigarının parlaqlığını daha da artırmasını və onun gözəlliyinin üstünə nə qədər gözəllik bəxş edəcəksə,
bir o qədər çəkdiyi eşq bəlasının ağırlıqlarından betərini ona nəsib etməsini diləyir.
Füzuli qəzəllərinin əsas motivi hüsn və eşqdir. Hüsn nə qədər parlaq nə qədər cazibədardısa bir o qədər və ondanda
artıq eşqin ağırlıqları olur. Bu hüsn-camal qarşısında aşiq fələkləri, dağları, daşları yandıran ahlar çəkir, qəlbinin atəşi,
ürəyinin yanğısı selə, çoşqun çaya dönüb gözlərindən yağış kimi axır.
Sənsiz gecələr ahü fəğanım məh eşitdi,
Ey məh, sənə həm yetdi ola ahü fəğanım?
Füzulinin qəhrəmanı onu cəlb edən məşuqənin hüsnü-camalı və onun vücudunun hər hansı bir xüsusatı gözəlliyinin aşiqidir
və çəkdiyi ağırlıqlar onun müqabilindədir.
Hicran ilə yanar gecələr rişteyi-canım,
Rövşən ola, ey şəm, sənə suzi-nihanım
Aşiq yalvarır: “Mən qandanü mülaziməti- etibarü-cah, Qıl qabili- səadəti fəqrü fəna-məni! Öylə zəif qıl tənimi
firqətində kim Vəslinə mümkün ola yetirmək səba məni!” Yarın vəslinə yetmək səadətini ruhların qovuşduğu məkanı mən
yazığa rəva bil. Bədənimi eylə zəif qıl ki, mehin ona yetirməyə gücü çatsın.
Naxvət qılıb nəsib Füzuli kimi mənə,
Ya rəbb, müğəyyəd eyləmə mütləq mana məni
Füzuli kimi mənə qürur nəsib et ki, yarın vəslinə yetdikdən sonra çəkdiyim eşq bəlalarını məndən alma.
Məhəmməd Füzuli elə bir sənətkardır ki, onun yaradıcılığı zaman-zaman araşdırılmış və bu gün də onun ədəbi irsi
öyrənilməkdə davam etməkdədir. Əsrlər bir-birini əvəz edəcək, lakin Füzulinin ədəbi irsinin öyrənilməsi bitməyəcək. Füzuli
ədəbi -bədii yaradıcılığı ilə bütün zamanlara öz möhrünü vurub. Onu da qeyd edək ki, şair nəzəri görüşləri ilə bağlı xüsusi
əsər yazmasa da yaratdığı əsərlər nəzəri baxışlarının təcəssümüdür.
Dostları ilə paylaş: |