Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə508/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   504   505   506   507   508   509   510   511   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

288 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Plavt Tit Maksiy "Küp" (Xəzinə)  əsərindəki mənəviyyatı var-dövlətə qurban verən Evklion personajı ilə klassik 

dünya dramaturgiyasında xəsis obrazının ilk müəllifi sayılır. Qədim zamanlardan fərqli olaraq intibah dövründə cəmiyyət 

üçün təhlükəyə çevrilə bilən pul münasibətləri Molyerin xəsis Qarpaqon obrazında meydana çıxdı . Əsas obraz olan 

Qarpaqon təkcə xəsis deyil , tamahkar , yalnız öz mənfəətini düşünən biridi . O , pul üçün öz oğlunun sevgilisinin varlı 

olduğunu düşünüb  əlindən almaq fikrinə düşür . Cehiz və toy xərclərinən xilas olmaq və daha da varlanmaq arzusu ilə 

oğlunu dul varlı bir qadınla , qızını onan 30-40 yaş böyük biri ilə evləndirmək niyyətindədir . Özünə bir şüar seçmiş olan 

Qarpaqon " yaşamaq üçün  yeyirik , yemək üçün yaşamırıq" deyir , evdəki xidmətçiləri pəhriz saxlamağa , paltarı yırtıq 

olan xidmətçini qonaqlara xidmət edərkən arxası divara dayanıb həmin yırtığın görünməməsi üçün dayanmağa məcbur 

edir . Evinə gələn qonaqlar üçün ,  nökərlərinə tapşırır elə yeməklər hazırlasınlar ki , hər kəs tez doysun və başqa heç nə 

yeye bilməsinlər .  

Molyerin  ən  əhəmiyyətli xüsusiyyəti yaşanan problemləri komediya tərzində izah etməsi və güldürərkən 

düşündürməsidir. Mövzunun xəsislik problemi üzərində qurulması Bomarşenin 1773-cü ildə yazdığı  "Siviliya bərbəri" 

pyesində də təkrarlanır. Müəllifin özü əsərin əsas mövzusu haqqında yazdığı:  "Himayəsindəki qıza vurulmuş qoca günü 

sabah onunla evlənmək niyyətindədir. Gənc oğlanın həmin gün daha cəld tərpənib qocanı qabaqlayaraq burnunun ucunda 

qızı alıb onun evindəcə özünə qanunu arvad eləməsi . Budur mənim əsərimin əsası ki, onun üzərində faciə, drama və opera 

qurmaq olardı . Molyerin «Xəsis»i də bunun üzərində qurulmamışdımı  ?"    kimi  izahla  etiraf  edərək , təkrarçılığı 

təsdiqləyir. 

Mopassanın yaratdığı  və Molyerində "Xəsis"  əsərini təsiri altında yazdığı "Balaca Çəllək"  əsərində 2 xəsis obrazı 

qarşı qarşıya qoyulmuşdur . Eprovil karvansarasının sahibi Şiko və Maqluar qarı . Şiko fermanı qoca qadının əlinən almaq 

istəyir , uzun mübahisə və danışıqdan sonra qərar alınır . Nəhayət , 50 ekü vermək şərti ilə qarı kağızları imzalayır . 3 il  

keçsədə qarının ölmədiyini görən  Şiko sanki , 100 ildi qarıya pul verir , onu aldadiblar , soyublar kimi hislər yaranır , 

pullarını itirməmək üçün , qarının ölmünü yaxınlaşdırmağa yollar axtarır və bu yolu qarını şəraba öyrədərək onun ölümünü 

yaxınlaşdırmaqla nail olur. Tamahkarlıq insanları  həmişə  fəlakətə sürükləyir , Maqluar qarının tamahkarlığı onun 

həyatının əlindən alınması bahasına başa gəlir .  

Avropanın Molyeri, Mopassanı, Bomarşesi, Puşkini, Qoqolun vardısa,  Azərbaycanında Axundov kimi dahi 

mütəfəkkiri vardır .  

M.Arif Axundovu "Azərbaycanın Molyeri" adlandırmışdır . Axundzadə də Molyer kimi əsərlərini xalqa yaxın, onun 

başa düşdüyü dildə yazırdı . M. F. Axundzadə Hacı Qara surətində o dövr Azərbaycan tacirlərinin tipik nümayəndəsini 

yaradır . Bu surət dünya ədəbiyyatında yaranan xəsis surətləri silsiləsinə daxil olur və müəllifinə dünya klassikləri 

sırasında şərəfli yer tutmağa haqq qazandırır. Əli Sultanlı : "Hacı Qara"  həyat həqiqətlərini dərindən əhatə etməsi, bədii 

keyfiyyəti, dramaturji quruluşu etibarı ilə M.F.Axundovun və eyni zamanda Azərbaycan komediyasının şah əsəridir". 

Hacı Qara öz canı, qanı və hərəkəti ilə dünyanın başqa xəsislərindən fərqlənir . O, pul adı eşitdikdə həddindən artıq 

qorxaq olduğu halda əlinə silah alır , varlanmaq üçün hər cinayətə qurşanır . Hacı Qara özündən acizlərin yanında zalım , 

özündən qüvvətlilərin qarşısında qul kimi dinməzdir . 100 manat zərərinin  əvəzini çıxmaq üçün qacaqçılıq etməyə gedən 

Hacı Qaranın xəsislik, tamahkarlıqla yanaşı ikiüzlülük, qorxaqlı  kimi yeni xüsusiyyətləri üzə çıxır. 

Bu qoca xəsis üçün dünyada puldan başqa müqəddəs hec nə yoxdur ; Hacı Qara , öz dostu Heydər bəyin qoçaqlığını 

tərifləyən  Əsgər bəyə etinasızlıqla deyir ki , bizim zəmanəmizdə qoçaq olmaqdansa , cibin pulla dolu olsa min dəfə 

yaxşıdır . 

El içində bir məsəl var “ Tamahkarı yalançı aldadar ”.Lakin Hacı Qara tamahkar olsa da yalançının hər sözünə 

inanmır. O, tamahkar olduğu qədər də bicdir.Biz bunu Xudaverdi ilə söhbətində görürük.  

S. S.Axundov dramaturgiyamıza M.F.Axundovun məşhur "Hacı Qara"əsərinin təsiri ilə yazdığı "Tamahkar" 

komediyası ilə  gəlmişdir. Bu pyesində o, dövrün bir sıra mənfiliklərinə , o cümlədən xəsisliyə , tamahkarlığa qarşı 

çıxmışdır."Tamahkar" sadə, aydın dildə yazılmış realist komediyadır. Bu əsərdə müəllif gülüşün muxtəlif təsvir 

vasitələrindən təbii şəkildə istifadə edir.  

Əsərin mənfi komik qəhrəmanı Hacı Muraddır. Yazıçının qüvvətli cəhətlərindən biri Hacı Muradın yadda qalan 

səciyyəvi xüsusiyyətlərini -xəsisliyini, tamahkarlığını , qorxaqlığını , ikiüzlülüyünü , hiyləgərliyini və sair çirkin sifətlərini 

onun sözləri ilə hərəkətlərinin vəhdətində əks etdirməsindədir . Yazıçı ,satirik obrazının mənfi, eybəcər sifətlərini nümayiş 

etdirib ona gülməklə kifayətlənmir, xəsisin mənfiliyini, mənəvi boşluğunu, gülünclüyünü, onun mənsub olduğu zümrəyə də 

şamil edir. Bu cəhəti ümumiləşdirmək üçün o, Hacı Muradla ikinci xəsis Məhərrəm bəyi qarşılasdırır.Qarşılaşdırma 

prosesində  hər iki mənfi tipin varlanmaq üçün bir-birinə hiylə  gəlmələri, xəsis və tamahkarlıqla,fərdiyyətçilikləri aydın 

nəzərə çarpır. Məsələn , Hacı Murad 18 yaşlı , gözəl , ağıllı , ismətli qızı Gülzarı qoca Məhərrəm bəyə satmaq niyyəti ilə 

özü kimi heç bir təqdirəlayiq olmayan bu xəsisi aslana, tərlana, gənc və  sədaqətli  İmranı isə tülküyə,sara bənzədir. 

Dramaturq, bununla tamahkar Hacı Muradın nifrətəlayiq gülünc qayəsini, böhtançı sifətini onun öz sözləri ilə ifşa edir. 

Molyerin , Mopassanın , Puşkinin , Qoqolun səsini eşitməyib harayına cavab verməyən bu günkü cəmiyyətimizdə hələ 

də Qarpaqon, Evklion,Şiko və Maqluar qarı kimilər var. Öz tamahkarlıqları ucbatınan neçə-neçə insanların həyatını məhv 

edən,gözlərini yaşlı qoyanlar, adları başqa olsada onlardan heç nə ilə seçilmirlər.

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   504   505   506   507   508   509   510   511   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin