II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
289
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
AZƏRBAYCAN ƏDƏBİYYATINDA MİLLİ DÜŞÜNCƏ KONSEPSİYASI: MİLLİ
MƏNSUBİYYƏT VƏ MİLLİ DƏYƏRLƏR
Ramiz QASIMOV, Zülfiyyə İSMAYIL
AMEA Naxçıvan Bölməsi
ramizasef@yahoo.com.tr
, ismayilzulfiyye@yahoo.com
Azərbaycan milli düşüncə tərzi və onun tərkib hisəsi kimi milli mənsubluq hissi xalqın müxtəlif dönəmlərdə yaratdığı
yazılı və ya şıfahi ədəbi irsində özünü çeşidli formalarda, geniş və ya dar məzmunlarda ifadə etdirmişdir. Ümumiyyətlə,
azərbaycançılıq bir ideya-mənəvi hadisə kimi məhz XIX əsrin sonlarına doğru, XX əsrin əvvəllərində meydana çıxır. Ancaq
azərbaycanlılıq və milli mənsubiyyət düşüncəsi Azərbaycan xalqının formalaşdığı tarixdən mövcuddur. Tədqiqatçıların
fikrincə, Azərbaycan xalqının formalaşması prosesi artıq XI əsrdə sona çatır. Beləliklə, XI əsrdə artıq Azərbaycan xalqı
etnogenetik proseslərin nəticəsi olaraq mövcud olur. Bu mənada Azərbaycan xalqının milli dövlətçilik təfəkkürü xalqın
meydana gəlməsindən olduqca çox-çox əvvəllər müəyyənləşmişdir. Belə ki, Azərbaycan xaqlının etnogenezini təşkil edən
etnosların müxtəlif tarixi dönəmlərdə dövlət yaratma təşəbbüsləri və bu təşəbbüslərin yaratdığı ənənələr milli dövlətçilik
təfəkkürünü formalaşdırır. Beləliklə, dövlətçilik ənənələrinin mövcudluğu ilə artıq müəyyənləşmiş dövlətçilik təfəkkürü bu
gün Azərbaycanşünaslığın mənbələrindən biri kimi qiymətli məxəz rolunu oynayır. Azərbaycan xalqının XI əsrdə
formalaşaraq tarix səhnəsinə çıxması xalqa mənsubluq fikrinin də bu dövrlərdə artıq qəti olaraq müəyyənləşmiş olduğunu
söyləməyə imkan verir. Belə ki, Azərbaycanşünaslığın qiymətli mənbələrindən biri olan ana abidəmiz “Kitabi-Dədə
Qorqud” dastanlarında Oğuz elinə mənsubluq kimi ifadə tapan milli mənsubluğun təməli həm də özünəməxsus dəyərlərilə,
səciyyəvi xüsusiyyətlərilə əhatəli olaraq əks olunur. “Kitabi-Dədə Qorqud” dastanları bir çox səciyyəvi xüsusiyyətlərinə
görə Azərbaycan xalqının simasını qavramağa imkan verən əsər kimi möhtəşəmlik daşıyır.
Orta əsrlərə doğru inkişafın nəticəsi olaraq ədəbiyyatda farsca yazmağına baxmayaraq, Nizami Gəncəvinin
əsərlərindəki “türkcə düşünmək, farsca yazmaq” ənənəsi ortaya çıxır. Bununla da yaradıcılıq dilindən asılı olmayaraq,
görkəmli ədiblərimizin bir qisminin farsca meydana gələn əsərlərində belə milli mənsubluq köklü surətdə özünü ifadə
etməyə başlayır. O vaxtlar üçün türk millətinə mənsubluq, türk dilində danışmaq əsərlərin aydın ideya-estetik mərkəzində
dayanır. Azərbaycan ədəbi fikrində C.Əfqaninin simasında milli kimliyin təsbiti ilə bağı elmi-araşdırıcı fikirlərin meydana
gəlişi milli mənsubluq düşüncəsinin yetkinliyi kimi qiymətləndirilə bilər. XIX əsrdən mətbuat sahəsində milli kimlik
istiqamətində Ə.Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir?”, “Azərbaycanlı” imzası ilə “Kəşkül” qəzetində
dərc olunan “Əvam gəzmək, yuxu yatmaqmı dedin?” məqaləsi, M.Şahtaxtılınının “Zaqafqaziya müsəlmanlarını necə
adlandırmalı?”, C.Məmmədquluzadənin “Azərbaycan” məqaləsi və s. milli özünüdərkin yetkinliyə çatmasında böyük
nailiyyət hesab edilə bilər. Azərbaycan ədəbi fikrində milli düşüncə tərzi, milli mənsubluq məsələsi, azərbaycançılıq ideyası
peşəkar, ideoloji konseptuallıq və məzmun cəhətdən C.Məmmədquluzadənin yaradıcılığında müəyyənləşir. Milli
mənsubiyyət məsələsi dövrün mötəbər ziyalıları olan C.Ünsüzadə, M.Şahtaxtılı, Ö.F.Nemanzadə, Y.V.Çəminzəminli,
M.S.Ordubadi, hətta Azərbaycan romantikləri olan H.Cavid, M.Hadi, Ə.Hüseynzadə və başqaları öz yaradıcılıqları ilə milli
düşüncə konsepsiyasını ifadə edirlər. Azərbaycan ədəbiyyatında milli düşüncə tərzinin bir ifadəsi olan azərbaycançılığın
ictimai-siyasi məzmunda hadisəyə çevrilməsində M.Ə.Rəsulzadənin, Ə.Cavadın, C.Cabbarlının və başqalarının böyük
xidmətləri vardır. XX əsrin 70-ci illərindən başlayaraq ulu öndərimiz Heydər Əliyevin fəaliyyəti və düşüncələri sayəsində
son yetkin məzmununu alır, kamala çatır və bitkin, məzmunlu və konseptual ideologiya, özü də milli ideologiya kimi
müəyyənləşir. Azərbaycan ədəbiyyatında sırf sovet dövrü, yəni fərqli ədəbi yaradıclıq hadisəsi kontekstində milli düşüncə
tərzi, azərbaycançılıq S.Vurğun yaradıcılığına özünü təsbit edir. Bu ənənələr sonradan İ.Hüseynov, İ.Məlikzadə, İ.Şıxlı,
B.Vahabzadə, M.Araz və b. sənətkarlar tərəfindən davam etdirirlir. X.R.Ulutürk və başqa sənətkarlar məhz bu ənənələrin
üzərində öz yaradıclıq ideallarını qururlar.
Dostları ilə paylaş: |