ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ ÇAĞDAŞ AZƏRBAYCAN ƏDƏBİYYATI
Səidə ABBASOVA
Bakı Dövlət Universiteti
Dünyada bir sıra nadir simalar, dahi şəxsiyyətlər var ki, onlar bütövlükdə bir xalqın taleyini, gələcək müqəddəratını
müəyyənləşdirir və həmin xalqın tarixini yaradırlar. Belə öndər insanlar, dahi şəxsiyyətlər fenomenə, dövlətin simvoluna
çevrilir və xalqın yaddaşında əbədilik yaşayırlar. Heydər Əliyev fenomeninin arxasında bənzərsiz, qeyri-adi zəka, istedad,
Tanrının çox nadir şəxsiyyətlərə nəsib etdiyi heyrətamiz unikal yaddaş, işgüzarlıq, Vətənin müstəqilliyi uğrunda yorulmaq
bilmədən çalışmaq, fədakarlıq, torpaq və millət sevgisi, xalqa xidmət amalı dayanır. Heydər Əliyev Azərbaycan xalqının
düşüncəsində dövlətin simvolu, dövlətçiliyin banisi, müasir Azərbaycanın qurucusu, memarı, millətin taleyini,
müqəddəratını həll edən ümummilli lider, siyasi xadim, öndər kimi əbədiləşib. Heydər Əliyev şəxsiyyəti hər şeydən öncə
özündə bütün sosial, siyasi, mədəni, mənəvi, milli keyfiyyətləri birləşdirən, hər bir qərarla yaratdığı yeni tarixi dönəmi
zənginləşdirən,bütün sahələri mükəmməl bilən istedad, fenomenal qabiliyyətli, genişmiqyaslı strateq, bənzərsiz dövlət xadi
midir.
Dövlət başçılarının, liderlərin, dahi şəxsiyyətlərin tarixdəki yeri və rolunun müəyyənləşməsində onların mədəniyyətə,
ədəbiyyata münasibəti həmişə önəmli rol oynayıb. Onların hər birinin ömür yolundan, əməllərindən bəhs edilərkən
mədəniyyətə, sənət adamlarına münasibətləri haqqında mütləq ayrıca söz açılıb. Zaman göstərir ki, siyasi xadimlərin tarixin
yaddaşında parlaq bir obraz kimi qalması həm də onların ədəbi-mədəni mühitə yanaşma tərzindən birbaşa asılıdır. Bu cəhət
uzun müddət ərzində siyasi iqtidarı əldə saxlamağı, hakimiyyət dövrünü bütöv bir epoxaya çevirməyi bacaran güclü dövlət
adamlarına xüsusilə aiddir. Dünyanın tanıdığı, zəmanənin böyük dövlət və siyasət adamı kimi qəbul edilən belə tarixi
şəxsiyyətlər sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də özünəməxsus önəmli yeri var.
Heydər Əliyev mədəniyyətə və ədəbiyyata, istedadlı, yaradıcı adamlara, ziyalılara həmişə diqqət, qayğı və hörmətlə
yanaşmışdır. Təxminən yarım əsr ərzində Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin ədəbiyyata və mədəniyyətə mühüm
təsir göstərdiyi tarixi həqiqətdir. Heydər Əliyevin mədəniyyət və incəsənətə, ədəbiyyata gözəl münasibətinin mənbəyində
dahi şəxsiyyətin mənəvi zənginliyi və yüksək zövqü dururdu. Biz bu görkəmli dövlət adamının müasirləri kimi dəfələrlə
müşahidə etmişik ki, sənətə, ədəbi prosesə diqqət ayırmaq Heydər Əliyev üçün işdən daha çox, həyat tərzi, gündəlik
yaşamın əhəmiyyətli bir hissəsi idi.
Ədəbiyyat, mədəniyyət və incəsənətin inkişafına daim diqqət yetirən ümumilli lider milli mədəniyyətin, Azərbaycan
ədəbiyyatının tarixi və müasir inkişafı ilə yaxından maraqlanırdı. Azərbaycan elminin tərəqqisi, problemləri hər zaman onun
diqqət mərkəzində dayanırdı. Sənət və ədəbiyyat aləminin nümayəndələri ilə ünsiyyət Heydər Əliyevdə, başqa heç bir
müasir siyasətçidə olmadığı dərəcədə, isti, səmimi və səviyyəli alınırdı. Onun rəhbərliyi və diqqəti altında ölkədə
mədəniyyətin çiçəklənməsi, ədəbiyyatın yüksəlişi üçün bütün işlər uğurla həyata keçirilirdi.
Heydər Əliyevin ədəbi-mədəni mühitə münasibəti öz fenomenallığı ilə artıq tarixdə layiqli yerini və qiymətini alıb.
Bununla belə, yaradıcılığa, bədii sənətə Heydər Əliyev yanaşmasının, onun bu sahədəki dəyərli irsinin hərtərəfli təhlili və
təbliği, ilk növbədə gələcək nəsil üçün – gənclərimiz üçün olduqca vacibdir. Çünki bu, Heydər Əliyevin ədəbiyyata və
mədəniyyətə münasibətdə göstərdiyi təəssübkeşlik nümunəsinin sonrakı nəsillərə çatdırılması kimi zəruri bir məqsədə
xidmət edir.
Ümummilli lider Heydər Əliyev haqqında, onun milli mədəniyyətə və ədəbiyyatımıza qayğısı barədə xalq yazıçısı
Anarın, xalq yazıçısı Elçinin, görkəmli ədib Hüseynbala Mirələmovun, Mövlud Süleymanlının əsərləri böyük əhəmiyyətə
malikdir.
Xalq yazıçısı Anar "Unudulmaz görüşlər" əsərində bu böyük insan, işıqlı ziyalı, ustad dövlət rəhbəri haqqında onu
yaxından tanıyan bir böyük ədibin, görkəmli mədəniyyət xadiminin son dərəcə qiymətli xatirə, təəssürat və mülahizələri
cəmlənib.
Qeyd edək ki, “Unudulmaz görüşlər” əsərini yazarkən yazıçı müasiri olduğu, dəfələrlə bir-birindən maraqlı,
yaddaqalan fikir mübadiləsi apardığı, yaxından müşahidə etdiyi qüdrətli bir şəxsiyyətin portretinə məhz Anar prizmasından
|