YUSİF SƏMƏDOĞLUNUN “QƏTL GÜNÜ” ROMANINDA İNSAN VƏ DÜNYA
MÜNASİBƏTLƏRİ
Sevil SƏFƏROVA
Bakı Slavyan Universiteti
sevil.seferova1@mail.ru
Dövr və mühitlə əlaqədar olaraq insanın inkişaf prosesi, şəxsiyyətin tərəqqisi, mənəvi zənginləşməsi, daxili
duyğularındakı oyanışlar və dirçəliş, bunun nəticəsində insanların özünüdərki və s. kimi problemlər bu konsepsiyanın
önəmli özəlliklərindəndir. Bu baxımdan Yusif Səmədoğlunun “Qətl günü” romanı zəngin material verir. Romanda insan və
dünya, insan və cəmiyyət münasibətlərində modernist və ekzistensialist baxışlar əks olunmuşdur.
Psixoloji hadisələrə qüvvətli meyl, insanı bütün mürəkkəbliyi, ziddiyyətləri ilə təsvir etmək Y.Səmədoğlunun
yaradıcılığı üçün əsas xüsusiyyətlərdəndir. Onun “Qətl günü” romanında Sədi əfəndi, xəstə adam və başqaları zahirən fərdi,
şəxsi münasibətlər müstəvisində düşüncələri, arzuları, istəkləri subyektivlikdən kənara çıxaraq bütövlükdə insanın duyğu və
düşüncələrini əks etdirir, ictimai məzmuna malik olur.
Əsərdə insanın dünyaya münasibətində etiraz özünü göstərir. Romanda dünyanın dərdini, əzabını çiyinləri üzərində
gəzdirən insanların dilindən ədalətsiz dünyaya və qeyri kamil insanların ünvanına çox kəskin ifadələr işlənmişdir. “Atana
lənət, belə zamana”, “zəhrimara qalsın belə dünya”, “gözün tökülsün fələk”, “tfu sənin hərçi-pətərinə, belə dünya”, “ tfu
sənin təxtinə ey çərxi fələk” və s. işlənmiş ifadələr qəzəb, nifrət, kədər və təəssüflə yoğrulmuşdur. Dünyaya belə münasibət
Sədi əfəndinin itmiş romanındakı hökmdarlar dövründə də, Sədi Əfəndinin yaşadığı dövrdə də, xəstəliyə tutulmuş insanın
dövründə də özünü göstərirdi. “Görən bu dünyada çörəyi halal olan adamların diyarı haradadır?” Üfləmə Qasım bu diyarın
axtarışında idi. Onun baş götürüb getdiyi diyar qəddar hökmdarların, Xacə Ənvərlərin, Muxtar Kərəmlilərin, Salahovların
diyarıydı.
Romanda insan və ölüm, ölüm qorxusu süjet xəttindən qırmızı xətt kimi keçir. Romanın süjeti boyu “ölüm” bir obraz
kimi əsərin əsas ideyasını müəyyənləşdirir, onun fəlsəfi tutumunu artırır. “Qorxu” və “ölüm” romanda bütün obrazların
keçirdiyi doğma hisslərdən olur. Ölüm qorxusu ölümün özündən də qorxuludur. Bu ölüm qorxusu insanları düşüncələrində,
hisslərində, yuxularında rahat buraxmır. Yazıçı ölüm qorxusu ilə insan xislətinin müəyyən xüsusiyyətlərini üzə çıxarmağa
|