CƏLİL MƏMMƏDQULUZADƏNİN NƏSR ƏSƏRLƏRİNDƏ QADIN OBRAZLARI
Şəhla HÜSEYNOVA
Qafqaz Universiteti
shehla_12@yahoo.com
Azərbaycan realist ədəbiyyatında müstəsna xidmətlər sahibi, xalqının arzusunu mükəmməl duyan, gözü və könlü ilə
millətinin can dostu olan C.Məmmədquluzadənin ədəbiyyatımızda göstərdiyi xidmətlər böyük əhəmiyyətə malikdir.
Əsərləri əsrlərin sınağına qalib gələn yazıçının qələmi yorulmadan və tükənmədən millət, xalq üçün fəaliyyət göstərmişdir.
Usanmadan ədəbiyyata xidmət edən yazıçının yaradıcılığında qələmindən dövrün sınaqlarından üzü ağ çıxan əsərlər yer
almışdır. Bu əsərlərin əksəriyyətində dövrün qadınlarının acınacaqlı halları göstərilmişdir. Bu cür xoş gəlməyən “xəstə
düşüncələrin” hakim olduğu cəmiyyətdə qadın obrazlarını tam fərqli şəkildə ədəbiyyata gətirmək yeni bir hadisə idi.
C.Məmmədquluzadənin nəsr əsərlərində rol alan qadın obrazları özünəməxsus xüsusiyyətləri ilə biri digərindən
fərqlənir. Qadınların qayğısına qalan, onların hallarına acı-acı yanan C.Məmmədquluzadə əsərlərində bu obrazları taleyinə
|