II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
303
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
boyun əymək məcburiyyətində qalan, etiraz etmək istəsələr belə, bunun faydasızlığını anlayan, cahilliyin qurbanına
çevrilən, qayğılarla yüklənmiş obraz olaraq təsvir etmişdi.
“Danabaş kəndinin əhvalatları” povestində taleyi ilə barışmaq istəməyən, öz etirazını bildirsə də, dövrün ona nahaqq
etirazını qəbul etmək məcburiyyətində qalan Zeynəb yazıçnın ən uğurlu qadın obrazları sırasına daxildir. Zeynəbin taleyinə
qarşı çıxması bir qadının simasında dövrün yazılmamış, qeyri qanuni qanunları ilə razılaşmaması ilə əlaqəlidir. Xudayar bəy
Zeynəbin ərinə sadiq olmasına baxmayaraq, “dosutunun” var-dövlətinə sahib olmaq üçün qadını bir vasitə olaraq görür və
onun göz yaşlarına məhəl qoymadan bu murdar niyyətini həyata keçirməkdən əl çəkmir. Povestdə yer alan surətlər içində
Ziba, Fizzə, Şərəf və İzzət adlı qadın obrazları da dövrün onlara rəva gördüyü tale ilə barışmalı olurlar.
C.Məmmədquluzadənin nəsr əsərlərində yer alan qadın obrazlarının əksəriyyəti ictimai qanunların qurbanlarına
çevrilirlər. Onların taleləri özləri tərfindən deyil, digərləri tərəfindən həll olunur. Xüsusilə, ailə həyatı qurmaq məsələsində
bu naçar qalan qızların ürək ağrıdıcı məqamlarını yazıçı aydın və açıq şəkildə göstərməyə ciddi şəkildə cəhd etmişdir.
“Qəssab” hekayində Məşədi Məhəmmədəlinin qızını övrət etmək istəyən Qəssab Şamilin bu niyyətinə cavab olaraq
həmin ailəyə yaxşı ət verib, verməməsindən asılı olaraq dəyişir. Belə ki, əgər Məşədi Məhəmmədəli qəssabın verdiyi ətdən
razı qalırsa, o zaman qızını ona vermək istəyini bildirir. Əks halda isə bu niyyətindən əl çəkir. Sonda bu arzusunu nail olan
Məşədi Məhəmmədəlinin simasında bir daha qızının taleyinə biganə ata obrazı ilə qarşılaşmış oluruq.
Zirvələri fəth etmiş yazıçının bir neçə nəsr əsərində yer alan qadın obrazlarını onların hallarına acıyaraq təkcə ağrı-acı
ilə yüklənmiş şəkildə təsvir etməmişdir. Bu tip əsərlərdə komik qadın obrazlarına yer verməklə onların xarakterlərini
açmağa müvəffəq olmuşdur. Düzdür, bu tipləri gülüş obyektinə çevirən onların maarifsizlikləri ilə əlaqəli olsa da, bu gülüşü
“şirin gülüş” adlandırmaq olar. “Pirverdinin xoruzu” əsərində yer alan qadın obrazı olaraq Həlimə xalaya diqqət yetirsək,
görərik ki, yazıçı bu obraz vasitəsilə komik qadın obrazını yaratmağa nail olmuşdur. Belə ki, Həlimə xala çörək bişirərkən
yardıma ehtiyacı olduğu üçün əri Qasım əmini başqa kənddən bacısı Zibeydəni gətirməyə göndərir. Bundan cana gəlmiş kişi
məcbur kəndə yollanır. Lakin Molla Cəfərin məsləhəti ilə Pərinisə adlı bir qadını özünə övrət edib, geri dönür. Sonda
qadınların yollaşa bilməməsi onları gülüş obyektinə çevirir.
Əsrlər keçməsinə baxmayaraq, bu məsələlər hələ də bəzi bölgələrimizdə öz aktuallığını qoruyub saxlamaqdadır. Ürək
açıcı məqam olmasa da, bunu etiraf etmək məcburiyyətindəyik. Nəzərə alsaq ki, demokratik bir ölkədə bu cür məsələlərin
öz əksini tapması gələcək nəsillər üçün nümunəvi bir yol deyil. Bu məsələni köklü şəkildə həll etmək üçün ilk öncə xalqın
təfəkküründən bu cür yad anlayışları silmək lazımdı.
Dostları ilə paylaş: |