II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
304
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Əsərin ilk səhifəsində yaradılan bədii ziddiyyət oxucuda çaşqınlıq yaradır. Çünki vediyi iki cümləlik fikirdən sonra
əminliklə "Var cəhənnəm",- deyir. Bu ifadə o qədər inandırıcı səslənir ki, artıq şübhə etmirsən. Üstəlik müəllif ənənəsinə
sadiq qalaraq burda da öz dilindən danışır və hadisələri şahidlik yolu ilə izah edir.
Bu dünyadan sonra başqa bir dünyanın olduğunu mifik düşüncə də, bütün dinlər də söyləməkdədir.
Və beləcə oxucusuna "fantastikasız fantastika" deyə-deyə gərgin, düşündürücü, beyni şoka salan fikirlərlə bir həzz
yaşadır. Oxucu kitabı əlindən yerə qoyduğu zaman ağlından keçən ilk olan budur: görəsən bunlar doğru ola bilərmi? Bu isə
yazıçının məqsədinə çatması, ideyasına inandırması deməkdir.
***
İsa Muğanna "İdeal" əsərində oda olan münasibətini bəyan etmiş, onu "həqiqət" adlandırmışdır. Türk mifologiyasına
diqqət etsək, oda münasibət İslam dinindən və şərq fəlsəfəindən tamamilə fərqlidir. Qədim türk xaqanlarının yanına gələn
elçilərin odun arasından keçirilməsi və ya tullandırılması saflaşma əlaməti idi. Od Qədim türklərə görə ocağın (ev, ailə)
ruhunu özündə ehtiva edirdi. Şamanizmə görə də hər kəs öz odunun, yəni ocağının ruhunu qorumalı idi. Odu sönmək, ruhun
ölümü demək idi. İsa Muağannaya görə, təhrif ayələr, təhrif fikirlər Odun mahiyyətini dəyişib.
Əsər boyunca oxucu İsa Muğannanın cəhənnəm anlayışı və mahiyyəti ilə tanış olur. Müəllifə görə Quranda haqqında
danışılan, təfsirlərdə izahı verilməyə çalışılan cəhənnəm odu heç də təqdim edildiyi kimi deyil. Bizim başa düşdüyümüz
kimi tonqal qalayıb insanları milyon dərəcə selsi istilik əldə edib odda yandırmaq sadəcə təhrifdir. Çünki ideal heç bir
zaman materiya ola bilməz. İnsan sözdür, insan işıqdır, insan vicdandır. Onu yandırsa, yandırsa vicadn əzabı yandırar.
Yuxarıda deyilənlər isə sadəcə cahil insanı qandırmaq üçün işə yaraya bilər.
***
"Cəhənnəm" romanı fantastika janrının da ədəbiyyatımız üçün maraqlı nümunələrindəndir. Romanın növləri
baxımından yanaşsaq, tarixi-fəlsəfi roman adını da vermək mümkündür. Çünki əsərdə Azərbaycanın cənublu, şimallı tarixi
taleyi üzərində qurulan süjet, daha çox müəllifin təxəyülünün sayəsində genişlənib. Müəllifin təqdim etdiyi faktlar,
ümumiləşdirilmiş Bünyad, Səməd, Musa, xalq obrazı Muğannalar və onların tarixi keçmişi həqiqətləri əsərin tarixi roman
janrına yaxınlığını göstərir. Lakin əsərdə Səməd Əmirlinin, Qumralın, Sərvinazın, Musanın bəşər övladı və Tanrı kultuna
özünəməxsus münasibəti, Cəhhənnəm və Cənnət kimi fəlsəfi bir ideyanın problematikası əsərə fəlsəfi bir roman ab-havası
gətirir.
Roman içində roman yanaşması baxımından, mövzu, ideya, yozumların mistika ilə siyasətin vəhdəti aspektindən
"Cəhənnəm" romanı Mixail Bulgakovun "Master və Marqarita" romanını xatırladır. Digər bir tərəfdən də mövzu Hötenin
"Faust", Hüseyn Cavidin "İblis" əsərlərində də öz həllini geniş tapıb.
Dostları ilə paylaş: |