Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə544/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   540   541   542   543   544   545   546   547   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

308 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

düşüncəsini bütöv halda bizə yetirə bilmişdir. “Kitabi-Dədə Qorqud”da gördüyümüz milli həyat məhz qədim oğuzlarin 

tarixi taleyidir. Zəngin və çoxcəhətli oğuz-türk mədəniyyəti məhz bu qəbilə  və tayfa birləşmələrinin tarixi təkamülündə 

yaranan, inkişaf edib yüksələn və  nəhayət parçalanmalara məruz qalan qəbilə  və tayfa birləşmələrinin yaratdığı bir 

mədəniyyətdir. Maraqlı cəhətlərdən bir də odur ki “Kitabi-Dədə Qorqud” qəbilə və tayfa birləşmələrinin tarixi intibahını və 

təzahürünü bütov sistem şəklində əks etdirmişdir. Hətta bir sıra mühüm ictimai-siyasi amillər, o cümlədən islam görüşləri 

müəyyən dərəcədə izlərini qoya bilsə  də, dastanda ümumilikdə peşəkar inprovizatorçu ruhunda çıxış edən ozanın qədim 

türk  əxlaq modelini bütov şəkildə  əks etdirmə qüdrətini sarsıda bilməmişdir. Buna görə  də “Kitabi-Dədə Qorqud” təkcə 

tarixi qəhrəmanlıq, keçmişimizi əks etdirən abidə kimi yox, eyni zamanda milli adət-ənənə və mərasimlərimizi öyrənmək 

üçün dəyərli bir mənbədir. 

“Kitabi-Dədə Qorqud” boylarının sujet və kompozisiya quruluşu göstərir ki, əcdadlarımızın yaratdığı  qədim adət-

ənənə və mərasimləri, eləcə də sujet, motiv, obraz və başqa folklor vahidləri abidədə özünü güclü şəkildə qoruyub saxlaya 

bilmişdir. Zamanın nə sərt ictimai-siyasi baxışları, nə bir-birilə daimi çəkişmədə olan dini görüş və təriqətlər, ziddiyyətli və 

təzadlı dünyagörüşlər, nə  də islam əxlaqı  və dünyagörüşü abidənin  şifahi yaradıcılıq qaynaqları ilə bağlı tarixi köklərini 

sarsıda bilməmişdir. “Kitabi-Dədə Qorqud”da öz əksini tapan folklor sujet, motiv və obrazları, eləcə  də adət-ənənə, 

mərasim və xalq deyimlərini yaradan fərdlər məhz həmin dövrdən yararlanmışlar. Maraq doğuran cəhətlərdən biri də məhz 

bu qüdrətli-şifahi söz mədəniyyətinin, adət-ənənə və mərasim dünyasının yarandığı ilkin zəmin idi. 

“Kitabi-Dədə Qorqud”da qəbilə və tayfa birləşmələri arasındakı çəkişmələr və ziddiyyətlər fonunda yüksəlib inkişaf 

edən folklor yaradıcılığı müəyyən cəhətlərlə tayfanın özünün tarixi inkişafı, təkamülü, parçalanması, eləcə  də daxili 

ziddiyyətləri ilə sıx bağlı idi.  

Həmin oğuz nəslində yaranan hər bir folklor vahidi nəslin  əxlaqı, həyat və dünyagörüşü ilə bağlıdır. Ona görə  də 

“Kitabi-Dədə Qorqud”un folklor qaynaqları  əslində bu nəslin tayfa həyatından, onun tarixi intibahından kənarda qala 

bilməzdi. 

Oğuzların bu böyük qəhrəmanlıq tarixçəsində  ədəbi düşüncənin müxtəlif təzahür formaları, bədii təfəkkürdə sujet, 

motiv və obrazların törəməsi, müxtəlif zaman kəsimlərindəki transformasiya və rekonstruksiyaları özünü göstərir. Dastan 

eyni zamanda ağız ədəbiyyatımızın bir sıra kiçik janrlarının epik düşüncədə hələ Dədə Qorqud hadisələrindən xeyli əvvəl 

mövcud olduğunu, ozanların milli yaddaşdakı həmin hazır modellərdən dastanda istifadə etməsi faktını təsdiqləməkdədir. 

Bütün bunlar isə “Kitabi-Dədə Qorqud”un türk xalqlarının folklor ənənələri ilə sıx bağlı olduğunu, öz törəniş mərhələsində 

həmin qaynaqlardan bəhrələndiyini, türk xalqlarının sonradan dünyaya yayılmış bir çox sujetlərinin ilkin, ibtidai modellərini 

özündə böyük mühafizəkarlıqla qoruyub saxladığını göstərir. Dastanın bütün tədqiqat tarixində bu istiqamət başlıca 

cəhətlərdən biri kimi nəzəri cəlb edir.  

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   540   541   542   543   544   545   546   547   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin