“KİTABİ-DƏDƏ-QORQUD” DASTANINDA EPOSÇULUQ ƏNƏNƏLƏRİ
Türkan CƏFƏROVA
Bakı Slavyan Universiteti
ceferova19@gmail.com
“Kitabi-Dədə Qorqud” xalqımızın qədim dövr həyat və məişətini özündə yüksək bədii şəkildə əks etdirən xalq
eposudur.
Bu böyük abidədə ulu keçmişimiz, qəbilə-tayfa münasibətləri dövrü, ailədaxili kəbindən imtina edib erkən toy
mərasimlərinin yaranması, islamdan əvvəlki dövrlərdə qızalma, qızvermə ənənələri və s. özünü əks etdirmişdir. Uzun
müddətdən bəri yazılı abidə kimi öyrənilən “Kitabi-Dədə Qorqud”un demək olar ki, əksər tədqiqatçıları onun türk
xalqlarının şifahi yaradıcılıq ənənələri ilə də sıx bağlı olduğunu qeyd etmişlər. Tarixən müstəqil oğuznamələr şəklində hələ
bizim eranın əvvəllərindən xalq arasında məlum olan həmin oğuznamələrdə oğuz tayfalarının həyatı, məişəti, əxlaq və
idarəetmə qaydaları, ilkin dövlətçilik ənənələri özünü əks etdirmişdir. Sonradan bir yerə toplanıb dastanı yaradan bu
oğuznamələrdə oğuzların mədəniyyəti, tarixi yüksəlişi, daxili ziddiyyətləri, torpaq üstündə, varidat üstündəki çəkiümələri
ilə yanaşı, etik-estetik görüşləri, əxlaqi baxışları, yüksək mənəvi dəyərləri özünü parlaq şəkildə ifadə etmişdir. “Kitabi-Dədə
Qorqud” oğuz mədəniyyətinin mənəvi yüksəlişini, sivil mədəniyyətə doğru tarixi irəliləyişini, oğuzların erkən etik-estetik
|