KAMAL ABDULLANI OXUYARKƏN QABRİEL QARSİA MARKESİ UNUTMAQ
Ülvi Babayev
Naxçıvan Dövlət Universiteti
ulvibabayev@hotmail.com
(Kamal Abdullanın “Unutmağa kimsə yox” Qabriel Qarsia Markesin “ Vəba günlərində eşq” romanlarının
tipologiyası və Bəhram-Gülsüm-Mübariz (“Unutmağa kimsə yox”), Florentino-Fermina-Urbino (“Vəba günlərində eşq”)
obrazları üçbucağının xarakter özəllikləri)
İnsan ömrünün ən böyük mənası ona verilən duyğular ölçüsündə ilahi bəxşiş olan həyatın sirli yönlərini üzə
çıxarmaqdır. Axı, həyat kəşf edilməsi zəruri olan bir dəfinədir. Və yalnız insan düşüncəsi, insan duyğuları gizli bir dəfinə
olan həyatı layiqi ilə duyur və təfəkkür edir... Həyatın mahiyyəti və qayəsi, sirli həqiqətləri, acısı və şirini nəsildən-nəsilə
yaşantının ifadə vasitəsi olan sözlə ötürülür, qorunur və saxlanılır... Bir millətin fikir abidəsini, söz abidəsini yaratmaq isə
həyatın özünün də qəribə bir sənət olduğunu müşahidə edə bilən fərdlərə nəsib olur. Hal-hazırda- XXI yüz ildə ” bir dünya
ilə kifayətlənmə”k istəməyən Kamal Abdullanın qələmində həyatın yeni bir sirli yozumu poetik-fəlsəfi iqtidar qazanır.
Nəsrimizdəki bu cür inkişaf və irəliləyişi Kamal Abdullanın “Unutmağa kimsə yox” romanında müşahidə edir və bu uğuru
böyük ehtiram, sevinc hissi ilə qarşılayırıq. Və təsadüfi deyil ki, yazıçımızın romanını dünya şöhrətli yazıçı, “Nobel”
mükafatı sahibi Q. Q. Markesin əsəri ilə qarşılıqlı müqayisə şəklində təhlil etmə zərurəti duyuruq: Kamal Abdulla
“Unutmağa kimsə yox” romanında ” bir dünya ilə kifayətlənmə” tendensiyası ilə çıxış edir və bu qavram mətndə semantik
mərkəz təşkil edir. Alim yazıçının bu cür ədəbi qənaətini həm də nəsrimizdə yeni axtarış mündəricəsinin ilkin və əsaslı
səhifəsi kimi qiymətləndirmək olar. Anar nəsrində psixoloji-intelektual keyfiyyətlər kimi təzahür edən, Sabir Əhmədli
yaradıcılığında müəyyən axtarışlara səbəb olan, Yusif Səmədoğlu qələmində püxtələşən müasirlilik və intelektuallıq Kamal
Abdulla romanında ( “Unutmağa kimsə yox”) bədii-intellektual, elmi-virtual anlam kəsb edir. Yazıçı gündəlik həyatımızda
təkrarlanan, müşahidə etdiyimiz fiziki hadisə və qanunları, tozlanmış, unudulmuş mifik yaddaşı, elmi təfəkkürü bəddi
mətnin tikinti materialına çevirir: Mətndəki “paralel dünyalar”, “ hadisələrin üfüqü”, “çiçəkli yazı”, “mağaranın ruhu”...
kimi qavramlar təkrarlanan mifik qatda özünə yer edən, arxaikləşən məişətimizlə daima və sürətlə yenilənən müasir, virtual-
intellektual həyatımızın tərkib hissələridir. Sadəcə sənətkar bütün bu həyat ünsürlərini müəyyən termin və istilahlarla
mətnin komponentləri kimi bizlərə təqdim edir. Bütün bu sadaladığımız keyfiyyətlər nəsrimizdə yenidir və bu özəlliklər
mətnə ağırlıq gətirmir, əksinə əsəri maraqlı və oxunaqlı edir. Və yaxud göydən dəvələrin yağması, şirlərin üsyanı, Molla
Güləlinin nəql etdiyi əsatirlər... (alternativ) real dünyamızda mümkünsüz görünsə də, ən azından virtual dünyada
mümkünlüyün, zaman amilinə fərqli baxışın, donmuş, sitatik həyat tərzinə etirazın, “paralel dünyalar”ın təminatıdır...
Kamal Abdullanın Markesdən fərqli olan yazı üslubu, “Unutmağa kimsə yox” və “Vəba günlərində eşq” romanlarının
|