II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
312
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
fərqli struktur tipologiyası olsa da, romanlar bir nöqtədə birləşir, olduqca yaxınlıq kəsb edirlər. Lakin romanların oxşar
yönünü izah etmədən öncə qısaca Markes yaradıcılığına - “ Vəba günlərində eşq” romanın ümumi özəlliyinə nəzər salaq:
Markes romanlarnda Latın Amerikası xalqlarının məişəti mistik bir biçimdə bədii inikasa çevrilir. Simvolizm, magizm
ünsürləri Markes qəhrəmanlarının gündəlik həyatının da ünsürləridir. Qeyri-real anlayışlara bu nəsrdə gerçəklik donu
geyindirilir. Özü də Markesin canlandırdığı obrazlar mistik, magik qavramları gündəlik, şərti həyat refleksləri kimi qəbul
edirlər. Yəni, fantastikadan fərqli olaraq magik realizmdə mistik ünsürlər gündəlik məişət həyatının bir parçasıdır. (“Yüz
ilin tənhalığı” romanı buna ən böyük örnəkdir) Bu baxımdan Markes yaradıcılığının böyük bir qismini Latın Amerikası
xalqlarının (XIX-XX əsrlər) həyatını bütün çılpaqlığı ilə ifadə edən ədəbi təsəlli və yaxud təsəlli verici etiraz adlandırmaq
məqsədə uyğundur...
“Vəba günlərində eşq” romanında isə, yarım əsrdən çox bir müddətdə sevincli-kədərli eşq macərası yaşayan üç
insanın sevgi, şəhvət və nifrət üçbucağında kəsişən həyatları ovsunlayıcı və axıcı bir üslubda əks olunur. Yazıçının bu
romanı digər romanlarından kəskin şəkildə fərqlənir. Markesin digər əsərlərində olan kəskin ictimai-siyasi problematika,
mistik və qeyri-mistik paradoksallıq, simvolik ümumiləşdirmə, süjet xəttində və obrazların həyatındakı çox şaxəlilik... kimi
özəlliklər bu romanda fərqli bir dəyər qazanır. “Vəba günlərində eşq” romanı daha çox lirik-psixoloji nəsr nümunəsi kimi
təzahür edir. Roman Markes təhkiyə üslubuna xas konkretlik və heyrətvericiliyi saxlayır. Təsvirlərdə isə, həyat
gerçəkliklərini, təbiliyi obrazların həyat tərzinin bir parçası kimi təqdim etməyi bacarır və bu baxımdan təsvir və təhkiyə
bir-birini tamamlayır. Sənətkar naturalizmə xas uzun-uzadı həyat hadisələrinin ifrat bir şəkildə verilməsinə ehtiyac duymur,
bədii ümumiləşmə, simvolika... kimi ədəbi priyomlarlardan məharətlə istifadə edir. Nümunə üçün Florentinonun Ferminaya
aşiq olması vəba xəstəliyi zamanı baş verir və bu həyat faktını yazıçı simvolik bir biçimdə təqdim edir. Eşqin vəba xəstəliyi
kimi yoluxucu və ağrılı olması ifadə olunur, üstəlik Dr. Juvenal Urbinonun əsas personaj kimi əsərə daxil olmasında, vəba
xəstəliyinin böyük rolu var... Əlbəttə ki, bu cür xüsusiyyətlər əsas ədəbi meyarlar kimi dəyərləndirilmir, lakin mətnin
ümumi qurluşuna təsiri də az deyil... Romanın məziyyətlərindən biri də budur ki, mətn əvvəldən sona kimi xəfif lirizmə və
zahirən sadə batinən mürəkkəb psixologizmə əsaslanır. “Vəba günlərində eşq” romanında eşq anlayışı həm cismani-
şəhəvani, həm də ruhani- ilahi yöndən paradoksal psixologizmə, yumoristik-faciəyə əsaslanan xəfif l irizm üzərində
köklənir...
Hər iki romana qısa da olsa, nəzər saldıqdan sonra bu nəticəyə gəlmək olar ki, “Unutmağa kimsə yox” əsəri roman
içərisində romanları ehtiva edən müasir intellektual nəsr nümunəsidir, “Vəba günlərində eşq” romanı isə, paradoksal
məzmunlu lirik-psixoloji nəsrin magik realizmə xas bəzi özəlliklərini özündə cəmləşdirən məhəbbət hekayətidir. Lakin
“Unutmağa kimsə yox” romanına daha dərin mühakimə və estetik zövq ölçüləri ilə yanaşanda əsərin ən böyük məziyyətinə
şahid oluruq. Özü də bu məziyyət hər iki romanı bir nöqtədə birləşdirir, bir-birinə yaxın edir... “Unutmağa kimsə yox”
romanında K. Abdullanın ən böyük uğuru mürəkkəb məzmuna malik bir mətn daxilində müasir məhəbbət dastanı yarada
bilməsidir. Romanlar məhəbbət mövzusunda bir-birinə yaxın olsalar da, ifadə etdikləri məhəbbətin məzmunu baxımdan
çox incə fərqlər var: K. Abdullanın Bəhram və Gülsüm obrazları bir-birini qarşılıqsız, saf, məsum bir arzu ilə sevən, milli
psixologiyamıza uyğun əda və davranışlar sərgiləyən, əsrlər keçsə də, yaddaşlardan silinməyəcək xarakterlərdir. Gülümsər
Gülsüm təbəssümlü çöhrəsindən tutmuş, Bəhrama olan sevgisini qəlbinin dərinliklərində əsl qadın əxlaqı ilə saxlamasına...
qədər yaddaşlara həkk olunur. Bəhram dayı isə, dolğun, təmkinli xarakterə malik olmaqla yanaşı, müasir dünyagörüşlü lakin
milli psixologiyanın daşıyıcısı olan real, canlı bir obrazdır. Hörmətli yazıçımızın roman yaradıcılığının ən uğurlu, ən
koloritli obrazı Bəhram dayıdır... “Vəba günlərində eşq” romanında Florentino və Fermina xarakterləri isə, bir-birilərinə
olan sevgiləri baxımından olduqca ziddiyyətli xarakter sərgiləyirlər. Fermina obrazı Florentinonu sevdiyi halda daha
yaraşıqlı və zəngin Dr. Urbino ilə ailə qurur. Eyni ziddiyyətli məqama Florentinonun sevgisində şahid oluruq. O, Ferminaya
qovuşmaq üçün Urbinonun ölümün arzulayır və bunun üçün 51 il 9 ay 4 gün gözləyir. Lakin bu yarım əsrlik zaman
müddətində altı yüzdən çox qadınla münasibətdə olur ki, bu gerçəklik isə, onun eşqinin daha çox cismani xarakter daşıdığını
göstərir. Dr. Urbinonun ölümündən sonra Florentinonun yetmiş altı yaşında yetmiş iki yaşlı Ferminaya qovuşması Latın
Amerikasındakı eşq anlayışının bizim düşüncə dünyamızdan nə qədər fərqləndiyinə əyani sübutdur... Hər iki romanda aşiq
və məşuqdan başqa üçüncü bir şəxs, əğyar da var. Ancaq “Unutmağa kimsə yox” romanında Gülsüm nə Bəhrama nə də ki,
Mübarizə qismət olur. Başqa biri ilə ailə quran Gülsüm ömrü boyu Bəhramı unutmur, Onu gənclik dövrlərində birgə
oxuduqları “Ovod” romanını dönə-dönə oxumaqla xatırlayır... Bəhram da öz növbəsində əsl kişi dəyanəti ilə Gülsümü sevir,
lakin Florentino kimi Gülsümün həyat yoldaşının ölümün arzulamır və ömrü boyu ailə belə qurmur. Hətta, Gülüsümdən
ayrılmasına səbəb olan Mübarizə kin bəsləmir, əksinə dostluq-yoldaşlıq münasibətlərini qoruruyub-saxlayır. Bəhram-
Gülsüm-Mübariz obrazları üçbucağında sevgi, hörmət, dostluq münasibətləri kəsişir. Florentino-Fermina-Urbino
üçbucağında isə, sevgi, şəhvət, sərvət hərisliyindən doğan davranışlar toqquşur. Fermina həm Florentinoya, həm də
Urbinoya “qismət” olur. Gülsüm isə, nə Bəhrama nə də Mübarizə qismət olmasa da, onlar heç biri Gülsümə qarşı cismani
qovuşma arzusunda olmurlar... Hər iki romanın məziyyətlərinə, mahiyyətlərinə xarakterlərin davranışları prizmasından
yanaşanda “Unutmağa kimsə yox” romanı daha dolğun və doğma təsir bağışlayır. Və K. Abdullanı oxuyarkən Markesi
unutmuş oluruq. Hər iki roman haqqında qənaətimizi elmi araşdırmalar və rəylər aspektindən dəyərləndirmək üçün tezisdən
kənara çıxmağımız gərəkir: Dünya mətbuatına nəzər saldıqda “ Vəba günlərində eşq” romanı haqqında məşhur amerikan
|