ƏDƏBİYYATDA MİFOLOGİZM
Ülkər AĞAKƏRİMOVA
Azərbaycan Dillər Universiteti
ulker.agakerimova@gmail.com
Mifologizm XX əsr ədəbiyyatının xarakterik hadisəsi, eyni zamanda badii priyom və bu priyomun arxasında dayanan
dünyaduyum tərzi idi. O, həm dramaturgiyada, həm poeziyada, həm də romanda öz təzahürünü tapırdı. Sonuncuda yeni
mifologizmin spesifikası özünü daha bariz şəkildə göstərir. Çünki ötən əsrdə dram və lirikadan fərqli olaraq roman
mifləşdirmədən kənarda qalırdı. Bu fenomen daha çox XIX əsrin ənənəvi tənqidi realizmindən uzaqlaşma və klassik roman
şəklinin yaradılması dövründə çiçəkləndi. Mifologizm özlüyündə tənqidi başlanğıca qarşı deyildi, o hətta insan
şəxsiyyətindəki kəskin şəkildə müşayət olunan prosesləri,özgələşmənin burjua “nəsrinin” bayağılığının,dini mədəniyyətin
böhran durumunun aradan qaldırılmasının əlavə üsullarını təklif edir.
Mifoloji zaman müasir romanda obyektiv tarixi zamanı sıxışdırır, belə ki, müəyyən zaman kəsiyində baş verən
hərəkətlər və hadisələr əbədi prototiplər fonunda ifadə olunur, tarixin dünyəvi zamanı mifin zamansız dünyasına keçir.
Bu əsnada biz Coysun, Eliotun, Paundun, Prustun yaradıcılığına nəzər salmalıyıq. İnsan cemiyyetinin inkisafinda
mifologiyanın rolu əvəzsiz və danılmazdır. Dunyanın ve insanın yaradılışı barədə hər bir insanın, hər bir xalqın öz mifi, öz
allahları, öz qəhrəmanları mövcud olub.
Mifologiya dünyanı, həyatı qavrama tərzidir. Ən qədim zamanlardan bəri insan həyatın mahiyyətini, onu əhatə edən
dünyanı anlamağa çalışıb. Mifologiya dünyanı dərk etmənin, insanın özünü dərk etməsinin, eləcə də fərdin mənəvi
dünyasının formalaşmasının ilkin forması kimi çıxış edir. XVIII əsrə qədər Avropada antik yunan və roma mifləri
yayılmışdı. XVIII əsrin I yarısından isə elmi dövriyyəyə hind-avropa xaqlarının- qədim hidlilerin, iranlıların, almanların və
slavyanların mifləri də qoşulur. Sonralar Amerika, Afrika, Okeaniya, Avstraliya xalqlarının miflərinin ortaya çıxması
göstərdi ki, mifologiya tarixi inkişafın müəyyən bir dövründə demək olar ki, bütün xalqlarda mövcud olub. Qədim miflərə
dünyanın, kainatın (kosmoqonik miflər) və insanın (antropoqonik miflər) yaranması barədəki miflər aiddir.
Mifologiya öz sinkretik mahiyyəti səbəbindən fəlsəfənin və ədəbiyyatın inkişafı üçün əvəzsiz material oldu. Mifoloji
irsin izlərini elmin inkişafının ilk mərhələsində, məsələn, qədim yunan naturfəlsəfəsi, tarix (Heredotun əsərləri) , tibb, və s.
görmək olar. Amma sonralar, ictimai təfəkkürün əsas formaları olan mədəniyyət və ədəbiyyat mifologiyadan ayrılsalar da,
onlar genişləndirərək və mifoloji simvolları başqa cür izah edərək öz “dillərində” mifdən istifadə edirdilər.
Öz inkişaf mərhələsi ərzində ədəbiyyat ənənəvi miflərdən ədəbi-bədii məqsədlər üçün geniş istifadə edirdi. Antik,
Bibliya mifologiyasının (Şərqdə isə induist və buddist miofologioyası) motivləri poetik obrazlılığın arsenalı, süjetin və
poeziyanın özünəməxsus dili idi. XX əsrdə isə bir sıra cərəyanlatrın şüurlu şəkildə mifologiyaya müraciəti başlanır (C.Coys,
F. Kafka, T. Mann, Q.Qarsia Markes və s. ). Bu zaman həm müxtəlif ənənəvi miflərdən istifadə (amma mənanın kəskin
dəyişməsi müşahidə oluna bilər), həmçinin də öz poetik simvolar dilini və öz mifologiyasını yaradan mif yaradıcılığı ortaya
çıxır.
|