Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə557/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   553   554   555   556   557   558   559   560   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

315 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Bu xüsusiyyətlərə Avropa ədəbiyyatında Umberto Eko, Patrix Züskind, Krüsyan Kraxt, Bartalim, Pinçon, Qabriel 

Qarsia Markes və s. kimi sənətkarların yaradıcılığında çox rast gəlinir. Çağdaş Azərbaycan nəsrində isə Afaq Məsudun 

“İzdiham”, “Dahi”, Kamal Abdullanın “Unutmağa kimsə yox”, “Sehirbazlar dərəsi”, “Yarımçıq  əlyazma”, Elçin 

Hüseynbəylinin “On üçüncü həvari”, “Yovşan qağayılar”, “Metro vadisi”, Seyran Səxavətin “Yəhudi əlifbası”, “Nekroloq”, 

İlqar Fəhminin “Aktrisa”, “Bakı haqqında kollaj” və s. əsərlərində bu cərəyana xas olan bir sıra xüsusiyyətlərə rast gəlmək 

mümkündür. Adı  çəkilən bu müəlliflər arasında biz daha çox Seyran Səxavətin “Nekroloq” romanını  təhlilə  cəlb etmək 

istərdik. Bu romanda həmin cərəyana xas olan dünyaya ironik baxış, mifin dekonstruksiyası, dəyərlərin itirilməsi, rəmzi-

bədii ümumiləşdirmələrdən istifadə  və s. xüsusiyyətlər diqqəti cəlb edir. Çox qəribədir ki, gündən-günə “modernləşən” 

dünya insanın mənəvi aləmini qətiyyən zənginləşdirməyə xidmət etmir, əksinə, onu maddiyyatın  əsirinə çevirir. Bu hal 

onsuz da aşınmağa meyilli olan insanı, adamda adamlığı daha da aşındırır və beləliklə, insan özünün Ali məqsədlər üçün 

yaradıldığını və mənən kamilləşmək kimi bir müqəddəs vəzifəsi olduğunu düşünmür. Bazar iqtisadiyyatı şəraitində yaşayan 

və bazar təfəkkürü daşıyan insan özünə yaradılışın əşrəfi kimi yox, əmtəə kimi yanaşır. Artıq onun düşüncəsində Ədalət, 

Xeyirxahlıq, Ruhani Gözəllik kimi dəyərlər öz yerini Şöhrət, Nüfuz, Sərvət kimi məfhumlara verir. Bu şəkildə dəyərlərin 

itirilməsi, mənəviyyatın korlanması, insanlığın aşınması kimi problemlər S.Səxavətin “Nekroloq” romanında ön plana 

çəkilir və müəllif insani başlanğıcın zədələndiyi, deformasiyaya uğradığı  məqamlarda insanı özünə, öz tarixi keçmişinə 

qaytarmağa və ona təkrarolunmaz fenomen olduğunu sübut etməyə çalışır. Yazıçı bəzən hadisə və obrazlara istehza, ironiya 

ilə baxır və  əslində, bu yolla insanı düşünməyə, daxilindəki qüsurlardan arınmağa və özünüdərk etməyə sövq edir. 

Şəxsiyyətin özünüdərki məsələsi postmodernizmdə  əsas məqamlardan sayılır. Məhz fərdin,  şəxsiyyətin, cəmiyyətin 

özünüdərki, bütövlükdə milli oyanış və özünüdərk Seyran Səxavətin sənət kredosu, yaradıcılıq  konsepsiyasıdır.  

“Nekroloq” romanının sonlarında yazıçı “xalq düşməni” kimi ümumiləşdirilmiş bir obraz yaradır, hansı ki, həmin 

obraz  əsərin  əvvəlində “xalqın xilaskarı kimi təqdim olunmuşdu. Bu isə mifin dekonstruksiyasıdır. Yəni, uzun zamanlar 

insanların beynində mifləşmiş, ehkamlaşmış olan köhnəlikləri dağıtmaq, maskanı yırtmaq, özünü cəmiyyətə “xilaskar kimi 

sırıyanların” “astarını üzünə çevirmək”, həqiqi mahiyyətini açmaq, əsl gerçəkliyi çılpaqlığı ilə  ortaya  qoymaq  cəhdidir. 

Nümunələrdən də görünür ki, S.Səxavətin nəsrində postmodern estetikanın elementləri bu və ya digər formalarda özünü 

göstərməkdədir.   




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   553   554   555   556   557   558   559   560   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin