Microsoft Word Materiallar Full


FİKRƏT SADIĞIN ÇAP OLUNMUŞ SON – “HAZIRCAVAB” KİTABINA DAİR



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə558/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   554   555   556   557   558   559   560   561   ...   1149
 

 

 



FİKRƏT SADIĞIN ÇAP OLUNMUŞ SON – “HAZIRCAVAB” KİTABINA DAİR 

 

Yeganə QURBANOVA 

Bakı  Dövlət Universiteti 



y.q.87@mail.ru 

 

XX  əsrin 60-cı illərində yaradıcılığa gələn sənətkarlardan biri – Fikrət Sadığın zəngin  ədəbi-bədii irsinə - şeirlər, 



poemalar, hekayələr, kiçik pyeslər, elmi-publisistik məqalələr, tərcümələr və s. daxildir. İlk şeirlər kitabı “Cığır”la (Bakı: 

Gənclik, 1963, 48 səh.) ədəbi-bədii fəaliyyətinin sonrakı, gələcək yollarına iz salan, özünəməxsus bir cığır açan şair bu günə 

kimi 30-dan çox şeirlər kitabını çap etdirmişdir: “Ömrün bir günü” (Bakı: Azərnəşr, 1965, 40 səh.), “İşığın yaşı” (Bakı: 

Gənclik, 1974, 199 səh.), “Seçilmiş əsərləri” (Bakı: Azərnəşr, 1991, 380 səh.), “İşlə ev arasında” (Bakı: Gənclik, 1997, 179 

səh.), “Taleyin acığına” (Bakı: “Çinar-çap”, 2003, 526 səh.) və s. Fikrət Sadığın işıq üzü görmüş son kitabı “Hazırcavab”dır 

(Bakı: Nərgiz nəşr., 2013, 201 səh.). Kitab iki bölmədən - “Atmacalar, deyimlər, zarafatlar” adlı birinci, və “Kəsə sözlər, 

miniatür şeirlər” adlı ikinci bölmədən ibarətdir. 

Əvvəlki kitablarında Fikrət Sadıq uşaqlar üçün yazdığı əsərlərini, Azərbaycanın təbii gözəlliklərinin,  təbiətinin və s. 

tərənnümünə  həsr etdiyi şeirlərini, poemalarını yerləşdirmişdir. “Hazırcavab”da  əvvəlki kitablarında qarşılaşdığımız dövr 

haqqında və zamanın sosial-siyasi və  mənəvi mənzərəsini göz önünə  gətirən  əsərləri toplanmışdır. Bütün bunlar kitabda 

“Şeirlər” başlığı altında verilmişdir. Bunlara “Görür”, “Gənc bir əczaçıya”, “Al – sat”, “Bazar” və s. şeirləri nümunə 

göstərmək olar. 

“Atmacalar, deyimlər, zarafatlar” adlı birinci bölmədə Fikrət Sadıq dialoq qurduğu adamlarla etdiyi zarafat və atmaca 

sözləri vermişdir. Buradan şairin hazırcavablığı bütün aydınlığı ilə görünməkdədir: 

“- Dayı, mənə pianino al da, nə olar? 

- Qızım, gücüm çatmır. 

- Qonşuları çağırarsan, sənə kömək eləyərlər. 

Qız hardan bilsin ki, “gücüm çatmır” – deyəndə, “pulum çatmır” – demişəm”. 

Və ya : 

“Bir dəfə kitabxanaçı qızdan Şeksprin “Sonetlər”ini istədim. Getdi üç saatdan sonra qayıtdı. 

Dedim: - Allaha çox şükür ki, Homerin dalınca göndərmədim, yəqin ki, sabah gələrdin”. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   554   555   556   557   558   559   560   561   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin