Microsoft Word Materiallar Full


MÜASİR AZƏRBAYCAN NƏSRİNDƏPOSTMODERNİST ESTETİKANIN İZLƏRİNƏ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə556/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   552   553   554   555   556   557   558   559   ...   1149
MÜASİR AZƏRBAYCAN NƏSRİNDƏPOSTMODERNİST ESTETİKANIN İZLƏRİNƏ 

DAİR(Seyran Səxavətin bədii nəsri əsasında) 

 

Xəyalə ƏFƏNDİYEVA 

Azərbaycan DillərUniversiteti 



elshenxeyale@box.az 

 

Çağdaş dövrdə yaranan Azərbaycan nəsri mövzu seçimi, problem aktuallığı, məzmun orijinallığı, ideya, baxış yeniliyi 

ilə diqqəti çəkməkdədir. Bu əsərlərdə qoyulan problemlər və onların bədii həlli də özünəməxsusluğu ilə seçilir. 

Ümumiyyətlə, bəhs edilən dövrdə yazılan  əsərlərdə bizi əhatə edən mikro və makromühitdə gedən bu və ya digər 

proseslərin insan mənəviyyatına, düşüncə və fikir aləminə etdiyi təsirlər də öz bədii əksini tapmaqdadır.  Bir az daha ətraflı 

desək, qloballaşan dünyada baş verən hadisələrin və bununla bağlı çağdaş insanın mənəvi-psixoloji aləmində yaşananların 

ədəbiyyatda təsirini açıq-aydın müşahidə etmək mümkündür. Müasir dövrdə həm dünya, həm də Azərbaycan ədəbiyyatında 

bir-birindən fərqli orijinal üslublar, cərəyanlar, formalar yaranır ki, bu da bədii sənətdə dinamik inkişaf prosesini açıqca 

nümayiş etdirir.  

Ədəbi-bədii fikrin hər bir mərhələsi, o cümlədən cərəyan və üslublar konkret estetik hadisə kimi meydana çıxır, 

özünün poetik sistemi və estetikası ilə reallaşır. Hər bir milli ədəbiyyat kimi, Azərbaycan ədəbiyyatı da dünya ədəbiyyatı 

axarına öz kökləri, tarixi təcrübəsi, estetik bazası ilə qoşulur. Tipoloji yanaşma çox zaman hansısa bir cərəyanın bir xalqa

bir millətə, bir coğrafi regiona, bir milli mədəniyyətə aid lokal hadisə deyil, ümumdünya hadisəsi, bəşəri bir proses kimi 

dərkinə yol açır. Bu baxımdan XX yüzilliyin sonlarında  fəallaşan postmodernizm cərəyanı Avropada, eləcə də Azərbaycan 

ədəbiyyatında mühüm ədəbi-estetik hadisə kimi dəyərləndirilir.  Əslində, postmodernizm heç bir konkret fəlsəfəyə  və ya 

nəzəriyyəyə itaət etmir. Postmodern roman deyiləndə ilk olaraq yada “dil oyunları” düşür. Çünki bu əsərlərdə dil 

çoxmənalılıq xarakteri daşıyır,  şərti metaforik üslubun ifadə imkanlarından, mif və folklor motivlərindən, rəmzi bədii 

ümumiləşdirmələrdən, simvolizmdən yeri gəldikcə geniş istifadə olunur, üstüörtülü, sətiraltı, müxtəlifyozumlu deyimlər 

dilin çoxmənalılığını ortaya çıxarır.  Həmçinin bu əsərlərdə  mətn içində  mətn, fraqmentallıq, mifin dekonstruksiyası, 

montaja, kollaja meyil, psixoloji-dedektiv elementlərin olması, tarixin, tarixi şəxsiyyətin parodiyası,  yozumun 

çoxvariantlılığı, dəyərlərin itirilməsi, dünyaya ironik baxış və s. xüsusiyyətlər  müşahidə olunmaqdadır.  




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   552   553   554   555   556   557   558   559   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin